Monqolustanda təbii resurs sektorunun inkişafı
Hal-hazırda, Monqolustan genişmiqyaslı xammal “bumunu” yaşayır. Bu
yaxınlara qədər, Monqolustan kiçik dəniz yollarından nisbətən təcrid edil-
miş, iqtisadiyyatın aşağı inkişaf səviyyəsinə malik, 2,7 milyon insanda əhalisi
olan ölkə hesab edilirdi; belə ki, Monqolustanda 2009-cu ildə adambaşına
düşən ÜDM səviyyəsi təxminən 1,5 min ABŞ dolları və həmin il ümumi da-
xili məhsul 4,2 milyard ABŞ dolları təşkil etmişdir. Bununla belə, Monqo-
lustan böyük inkişaf potensialına malikdir və bu potensial bilavasitə mədən
sənayesinin inkişafı üzrə iki nəhəng layihə ilə bağlıdır.
“Oyu Tolqoy” (OT) – Çinin sərhədindən təxminən 80 kilometr şima-
la doğru, Cənubi Qobi səhrasında yerləşən mis və qızıl yatağıdır. Aparılmış
təxmini qiymətləndirilmələrə görə, burada təxminən 35 milyon ton mis və
1275 ton qızıl var. İstehsalın 2013-cü ildə işə salınması və 2017-18 ilə tam
qüvvə ilə işləməsi gözlənilir; bu isə il ərzində bütün dünyada istehsal edilən
misin 3%-nə bərabər, təxminən 450.000 ton mis təchizatı deməkdir. İstehsalın
qaydaya salınması ərəfəsində 4 milyard ABŞ dollarından çox investisiyaların
cəlb edilməsi və bu rəqəmin şaxtaların istismar dövrü ərzində 18,6 milyarda
çatacağı gözlənilir; bu isə 2010-cu il ərzində Monqolustanın ÜDM-nın üç-
qat dəyərini təşkil edir və 6,1 milyard ABŞ dollarına bərabərdir (BAEcono-
mics, 2011). 2009-cu ilin oktyabr ayında, Monqolustan hökuməti İngiltərə və
Avstraliyanın nəhəng “Rio Tinto” korporasiyasının dəstəyi ilə, dağ-mədən
sənayesində çalışan “Ivanhoe Miners” şirkəti ilə “Oyu Tolqoy” layihəsinin
istismarına dair investisiya sazişini imzaladı.
“Tavan Tolqoya” (TT) layihəsində 6 milyard tondan çox kömür xamma-
lının mövcud olduğu bildirilir. Bundan əlavə, Cənubi Qobidə, təxminən Çin
sərhədindən təxminən 240 kilometr şimala doğru və “Oyu Tolqoy” yatağın-
dan 150 kilometr aralıda digər yataq yerləşir. Bu şaxta artıq 1967-ci ildən
fəaliyyət göstərir, amma istehsal həcmləri kifayət qədər az olaraq qalır. Ya-
tağın tam qüvvə ilə fəaliyyət göstərməsi məqsədi ilə, hökumət Qərbi Tsanxi
blokunda işlərin həyata keçirilməsinə dair tenderi elan etdi və proqnozlara
görə 2012-ci ilin ortalarına qədər hazırlıq işləri başa çatmalıdır. Şərq Tsan-
xi bloku, gözlənildiyi kimi, dövlət dağ-mədən sənayesi şirkəti “Erdenes TT”
25
Сонин К. Институциональная теория бесконечного передела // Вопросы экономики.
2005. № 7.
363
tərəfindən istismar ediləcək. “TT” layihəsinin istismarı, kömürün istehlakçı-
lara göndərilməsi üçün nəqliyyat vasitələrinin mövcudluğundan asılı olaraq,
2013-cü ilə kömürünün istehsalını əhəmiyyətli dərəcədə genişləndirməklə,
Monqolustanın 2010-cu ildə ÜDM-nin ekvivalenti həcmində qısamüddətli in-
vestisiyaların cəlb edilməsini nəzərdə tutur.
Bu investisiya layihələri bütövlükdə monqol iqtisadiyyatının inkişafı üçün
unikal imkan təqdim edir. Yalnız 2010-cu ildə daxili birbaşa xarici investisiyalar
(DBXİ) xalis vəziyyətdə ÜDM-in 25 % səviyyəsinə çatmağa müvəffəq oldu.
Əgər ÜDM artımı faktiki olaraq bir o qədər də yüksək olmasa da (təxminən
6,5%), o, adambaşına dollar nisbətində 30 %-ə çatmağa müvəffəq oldu.
İnstitutların kifayət qədər güclü olmadığı ölkələrdə, onların sonradan
xammal rentasının təzyiqi altında daha da zəifləməsi baş verir; eyni zaman-
da, institutların əvvəldən güclü olduğu ölkələrdə (məs. Norveç və Avstraliya
kimi), təbii resursların istifadəsindən əldə edilmiş gəlirlərin idarə edilməsi
sahəsində mühitin inkişaf etdirilməsi üçün daha çox imkanlar var ki, bu da
eyni zamanda iqtisadi artımın dəstəklənməsi və institutların müdafiəsini təmin
edir. Xammal resursları ilə zəngin, lakin zəif institutları olan ölkələr, zəif ins-
titutların mövcudluğunun məntiqsizliyi və onların təkmilləşdirməsi üçün sti-
mulların yoxluğu ilə səciyyələnən “institusional tələyə” düşə bilərlər.
Monqolustan, çox ehtimal ki, artıq “sərhəd” xəttindədir. Məsələn, Dünya
Bankının İdarəetmə İndeksi (“World Bank Governance Index”) məlumatlarına
görə, bu ölkədə resurs artımı nisbətən güclü institutlar (WBGI, bax: Qra-
fik 3) ilə birgə gəldi ki, bu da Monqolustanın postsovet məkanının zəngin
təbii resurslara malik ölkələrindən qat-qat yüksək mövqedə bərqərar olması
ilə nəticələndi. Belə ki, eyni göstəricilərə əsasən, Monqolustanın institutları
Norveç, Avstraliya və Çili kimi zəngin xammal resurslarına əsaslanan, inkişaf
etmiş iqtisadiyyata malik ölkələrin institutlarından daha zəifdir.
364
Beləliklə, yuxarıda göstərilən müzakirələrə əsasən, Monqolustanın rifahı
siyasətin üç əsas spesifik tələbi ilə üzləşir:
Birinci. Lazımi ekspertizanın cəlb edilməsi və zəruri infrastrukturların
təmin edilməsi yolu ilə təbii resurslar sektorunun əlahiddə inkişafı. 2011 –
2012-ci illər üçün Rəqabətə davamlılıq üzrə Qlobal Məruzəyə əsasən, Mon-
qolustanda mövcud infrastruktur ehtiyatı, digər ölkələr ilə müqayisədə yüksək
deyil və infrastruktur keyfiyyətinə görə 142 ölkə arasında 112-ci yeri tutur. Bu
isə iri dağ-mədən sektoruna malik digər inkişaf edən ölkələrin mövqeyindən
qat-qat aşağıdır (Çili – 41-ci yer, İndoneziya – 76-cı yer, Peru – 88-ci yer,
Botsvana – 92-ci yer). Dəmir yolları, magistrallar, gömrük infrastrukturu, su
təchizatı və elektrik təchizatı sistemlərinin yenilənməsinə böyük ehtiyac var.
İkinci tələb – təbii resursların hasilatının makroiqtisadi sabitsizliyə
təsirinin qarşısının alınması və dağ-mədən sənayesinin iqtisadiyyatın digər
sektorlarının inkişafını sıxışdırmamasını təmin etməkdir.
Üçüncü tələb – Monqolustanın nisbətən “yaxşı” institutlarının qorunub
saxlanılması və təkmilləşdirilməsidir. Bu isə təbii resursların idarə edilməsi
və bölüşdürülməsi prosesinin maksimal şəffaflığı və hesabatların verilməsini,
həmçinin gəlirlərdə artan bərabərsizliyin azaldılmasını tələb edir.
Resursların bolluğu, çox ehtimal ki, institutların inkişaf prosesini
ləngitməklə və ya əks inkişafını stimullaşdırmaqla yanaşı, həm də institutla-
rın möhkəmləndirilməsinə yol verməmək üçün imkanlara yol açır. Bunun əsas
səbəbi ondadır ki, hökumətlər, təbii resursların satışından əldə edilən gəlirləri
genişləndirmək imkanına malik olaraq, dövlət büdcəsinin formalaşmasında öz
vətəndaşlarından daha az asılı olurlar. Vətəndaşlar vergi yükündən azad olan
zaman, onlar, bir qayda olaraq, dövlətin fəaliyyəti haqqında daha az informa-
siya əldə edirlər və müvafiq olaraq, ona qarşı daha az tələbləri irəli sürürlər.
Hətta insanlar dövlət siyasətini bəyənmirlərsə belə, onların hökuməti öz pul
dəstəklərindən məhrum etmək imkanı olmur. Buna görə də, təbii sərvətlər və ya
resurslar hasil edən ölkə vergilərin yığılması üçün nəzərdə tutulmuş bürokratik
aparatın inkişafına ehtiyac duymur
26
. Eyni zamanda, vergilərin topladılması-
na olan zərurət, bir çox Qərb ölkələrində təkcə güclü dövlət deyil, həm də de-
mokratik institutların yaradılmasına son dərəcə əhəmiyyətli töhfə verdi
27
. Vergi
yığılmalarından asılılığın olmaması və bunun əvəzinə xarici gəlir mənbələrinə
güvənilməsinə hazırlıq, göründüyü kimi, yaxşı institutlara tələbatı zəiflədir və re-
surslar ilə zəngin olan bir çox inkişaf edən ölkələrdə effektiv dövlət idarəçiliyinin
inkişafını çətinləşdirir.
26
Fearon, J. D. and D. Laitin. 2003. Ethnicity, Insurgency, and Civil War. American Political
Science Review, 97 (1): 75-91.
27
Ross, M. 2004. Does Taxation Lead to Representation? British Journal of Political Science
34: 229-249.
365
Qeyd etmək vacibdir ki, resursların bolluğunun institutlara təsiri sonuncu-
ların keyfiyyətinin ilkin parametrləri ilə təyin edilir
28
. İnkişaf etmiş institutlara
malik ölkələrdə resursların bolluğu artım və ya inkişafa təsir etmir və ya müsbət
təsir edir. Dünyada karbohidrogenləri ilə ən zəngin olan ölkələrdən biri, Nor-
veç, təhsil xərclərinin artırılması və stabilləşdirmə fondunun yaradılması üçün
neft ixracatından əldə edilən əlavə gəlirlərdən istifadə etdi. Belə ki, resursların
ölkədə inkişaf etmiş siyasi və iqtisadi institutların yaranmasından sonra açıldı-
ğını nəzərə alaraq, resurs bolluğu artım sürətlərinin uzunmüddətli ləngiməsinə
səbəb olmadı. Norveç bu gün də dünyanın ən zəngin ölkələrindən biri sayılır
29
.
Aşağı keyfiyyətli institutların mövcud olduğu ölkələrdə resurs bolluğu
tez-tez islahatların keçirilməsində ləngimələrə səbəb olur, institusional inkişaf
prosesinə və beləliklə, iqtisadi artıma mənfi təsir göstərir. Həyata keçirilmiş
bir sıra tədqiqatlar onu göstərir ki, bu ölkələrdə neftin satışından əldə edilən
gəlirlər mülkiyyət hüquqlarının müdafiəsi, korporativ idarəetmə, KİV azadlıq-
ları, demokratiya və islahatlar institutu kimi qurumların keyfiyyətinə mənfi təsir
göstərir; bu isə öz növbəsində resurslar ilə bağlı olmayan sahələrdə təsərrüfat
fəaliyyəti subyektlərinin fəaliyyət şərtlərinə təsir edir
30
. Xüsusi halda, iqtisadçı-
lar tərəfindən aparılan tədqiqatlarının nəticələrinə əsasən, məlum olur ki, korpo-
rativ şəffaflığın səviyyəsi məhz ən pis institutlara malik olan ölkələrdə və neftin
qiymətinin daha yüksək olduğu dövrdə neft-qaz sahələrində həqiqətən də aşağı
olur. Bundan əlavə, belə olduğu halda, şəffaflığın azalması kapital bazarlarının
daha az effektiv işinə və bu sahələrdə artım səviyyəsinin ləngidilməsinə gətirib
çıxarır
31
. Müxtəlif ölkələrin (Afrika, Latın Amerikası, Yaxın Şərq) təcrübəsi,
“qəfildən” yaranan böyük əlavə gəlir mənbəyinin çoxdan “yetişmiş” islahatla-
rı təxirə salmağa imkan verməsini sübuta yetirir. Neftdən əldə edilən gəlirlər,
sənayenin idxal edilən mallar tərəfindən rəqabətdən müdafiəsi siyasətini iqtisa-
di səmərəliliyin tələb etdiyindən də uzun müddətə həyata keçirilməsinə imkan
verib; bundan əlavə, dövlət iqtisadiyyata həddən artıq və səmərəsiz sərmayələr
yatırmışdır
32
.
28
Mehlum H., Moene K., Torvik R. Institutions and the Resource Curse // Economic Journal.
2006. Vol. 116, No 508.
29
Сергей Гуриев, Александр Плеханов, Константин Сонин. Экономический механизм
сырьевой модели развития. Вопросы экономики, №3, 2010.
30
Гуриев С. М., Колотилин А. Д., Сонин К. И. Цены на нефть и риск национализации: о
чем говорят панельные данные? // Экономический журнал ВШЭ. 2008. Т. 12, № 2; Ross
M. Does Oil Hinder Democracy? // World Politics. 2001. Vol. 53, No 3. P. 325—361; Amin M.,
Djankov S. Natural Resources and Reforms // World Bank Policy Research Working Paper No
4882. 2009 və başqaları
31
С. Гуриев, К. Сонин. Экономика «ресурсного проклятия» // Вопросы экономики, 2008.
№ 4.
32
Elə orada.
|