Bəs “resurs lənətindən” necə qurtulmaq olar? İqtisadiyyatında təbii re-
sursların üstünlük təşkil etdiyi ölkələr, digər bərabər şərtlər ilə, iqtisadi artımın
daha aşağı templəri ilə səciyyələnirlər. Adətən “resurs lənəti” kimi adlandı-
rılan bu fakt, təbii resursları ilə zəngin olan, inkişaf dövrünü yaşayan ölkələr
üçün səciyyəvi olan bir sıra problemlərin mövcudluğu ilə izah olunur. Lakin,
xoşbəxtlikdən, əsla belə hesab etmək lazım deyil ki, təbii resurslar ilə zəngin
olan, inkişaf edən ölkələr taleyin hökmünə atılırlar. Problem və onun səbəbləri
haqqında anlayışa malik olmaqla, biz lazımlı məlumatları zərrə-zərrə toplaya və
buna əsasən “resurs lənətini” “xeyir-duaya” və maddi rifaha çevirə bilərik. Axı
təbii resursların mövcudluğu, təhsilin, investisiyaların və uzunmüddətli iqtisa-
di inkişafın əsas mənbəyi olan institutların inkişafının maliyyələşdirilməsi üçün
geniş imkanlar yaradır. Bundan başqa, iqtisadçılar tərəfindən çoxillik təcrübəyə
əsaslanan müəyyən ümumi ölçülər təklif edilir və bu ölçülər “resurs lənətindən”
yaxa qurtarmaq üçün kifayət qədər faydalı olur.
Yadda saxlamaq lazımdır ki, “resurs lənəti” – resursların bolluğunun
nəticəsində deyil, bu resursları idarə edən zəif institutlar, mülkiyyət və nəzarət
strukturları, xüsusilə də dövlət tərəfindən idarə edilən və ya ona aid olan mono-
poliyalar nəticəsi sayılır
48
.
46
Elə orada.
47
Aghion P., Bacchetta P., Ranciere R., Rogoff K. Exchange Rate Volatility and Productivity
Growth: The Role of Financial Development // CEPR Discussion Paper No 5629. 2006.
48
OECD. (2008). Natural Resources and Pro-Poor Grows. Paris: Organization for Economic
Cooperation and Development (OECD).
372
Bu səbəbdən, resurs lənətindən qaçmaq, bir çox məqamlarda dövlət
idarəçiliyinin keyfiyyəti məsələsidir və institutların keyfiyyətin artırılma-
sı vəzifəsi, bu işdə mühüm rol oynaya bilər. Bu isə neftdən və misdən önəmli
dərəcədə asılı olan iqtisadiyyata malik Norveç və Çili kimi təbii resurslar ilə
zəngin ölkələrin nümunələri ilə təsdiq edilir. Bu ölkələr, resurslardan asılı
olan ölkələrin iqtisadiyyatında iqtisadi qeyri-sabitlik tendensiyasına əks təsir
göstərmək üçün xüsusi olaraq işlənib hazırlanmış aktiv yanaşmaların qəbulu
yolu ilə davamlı artım və iqtisadiyyatın inkişafının nail olmaq məqsədi ilə neftə
və mis bumundan istifadə etməyə müvəffəq oldular. Onlar tərəfindən təşəbbüs
edilmiş ölçülərin arasında bu tədbirlər var idi:
• Maliyyə xərclərinin məhdudlaşdırılması və büdcələrin balansda saxlanıl-
ması (bu isə inflyasiyanın qarşısını almağa imkan verdi);
• Gələcək nəsillər üçün resurs fondlarının yaradılması (harada ki, resurs-
lardan əldə edilən gəlirlərə beynəlxalq səviyyədə qoyulur);
• Bölüşdürülməmiş büdcə gəlirinin insan kapitalına (təhsilə), infrastruktu-
ra və innovasiyalara sərmayə qoyulması;
• Onların iqtisadiyyatının diversifikasiyası üçün siyasətin qəbulu (xüsusilə
Norveçdə), o cümlədən az inkişaf etmiş, resurslardan asılı olan sahələrdə kiçik
və orta yerli müəssisələrin inkişafını stimullaşdıran yanaşmalar daxil olmaqla;
• “Ağıllı” institutların təmin edilməsi, o cümlədən yüksək keyfiyyətli
vətəndaş xidməti və korrupsiyanın aşağı səviyyəsi, əsaslandırılmış requlyativ
bürokratiya, etibarlı mülkiyyət hüquqları, müstəqil məhkəmə və qərarların qəbul
olunması sistemində şəffaf tarazlaşdırıcı qüvvələr
49
.
Resurs lənətindən yaxa qurtarmağın digər vacib şərtlərindən biri, iqtisa-
diyyatın bir sıra strategiyaların köməyi ilə diversifikasiya edilməsidir: seçilmiş
qeyri-xammal sənayelərinə investisiyaların stimullaşdırılması; bütün qeyri-
xammal sənayelərinin xeyri naminə infrastruktur və təhsil sahəsinə investisiya-
ların qoyulması; əhalinin resurs sərvətlərinə daha bərabər girişini təmin etmək
üçün büdcə gəlirlərinin yenidən paylaşdırılması; maliyyə sisteminin inkişafı
və onun xammalın satışı və başqa mənbələrdən əldə edilmiş vasitələrin iqtisa-
diyyatın bütün sahələrinə cəlb edilməsi üzrə effektiv təsir göstərən vasitəçiyə
çevrilməsi
50
.
Bütövlükdə dünya təcrübəsi təsdiq edir ki: hətta renta yönümlü davranı-
şa güclü stimullar olduğu halda belə, insan kapitalı və infrastruktura maliyyə
vəsaitlərini qoymaqla, iqtisadiyyatın bütün seqmentləri üzrə xammal gəlirlərinin
49
Havro, G., and Santiso, J. (2008). To benefit from plenty: Lessons from Chile and Norway.
OECD Development Centre, Policy Brief № 37.
50
Сергей Гуриев, Александр Плеханов, Константин Сонин. Экономический механизм
сырьевой модели развития. Вопросы экономики, №3, 2010.
373
effektiv bölgüsü üçün institutlar və maliyyə sektorunu inkişaf etdirməklə və
stabilləşdirmə fondlarını və ya milli rifah fondlarını yaratmaqla, iqtisadiyyatı
diversifikasiya etmək mümkündür. Bu fondlar, inflyasiyanın azaldılması, mak-
roiqtisadi volatilliyin aradan qaldırılması, resurs rentasının müdafiəsi və onun
şəffaf və effektiv istifadəsinin təmin edilməsi məqsədi ilə təbii resurslardan
əldə edilən gəlirlərin böyük hissəsini toplaya bilər. Bunun üçün hökumət zəruri
tədbirlərin aydın və dəqiq konsepsiyasına malik olmalı, şəffaflığı və qərarların
qəbul olunması prosesinin məsuliyyətini təmin etməli və bütün əlaqədar
tərəfləri, o cümlədən vətəndaş təşkilatları və beynəlxalq cəmiyyəti bu prosesə
cəlb etməlidir.
Effektiv dövlət idarəçiliyi və resurs lənətindən yaxa qurtarma, siyasi iradə,
potensial, hakimiyyətin bölgüsünün məsləhətçi və açıq mədəniyyətini tələb
edir. Son dərəcə əhəmiyyətlidir ki, təbii resurslar ilə zəngin olan ölkələr və bu
ölkələrdə fəaliyyət göstərən şirkətlər təbii resursları effektiv və ədalətli əsaslar
ilə istismar etmək, təbii resursların satışından əldə edilən gəlirlərin öz məqsədləri
üçün deyil, cəmiyyətin ümumi rifahı üçün istifadə edilməsinə yönəlmiş çətin və
cəsarətli qərarları qəbul etmək üçün onlardan asılı olan hər bir işi görsünlər. Yal-
nız belə yanaşma olduqda, resurslar lənət deyil, ölkə əhalisi üçün maddi rifaha
çevrilə bilər.
Dostları ilə paylaş: |