386
Azərbaycan üçün informasiya və kommunikasiya texnologiyaları (İKT)
sektoru, ən sürətlə inkişaf edən sahə kimi kifayət qədər ümidvericidir. Şəkil
23-də göründüyü kimi, Azərbaycan artıq orta yüksək gəlir səviyyəsinə malik
ölkələrinin orta göstəricilərini keçmiş, yüksək gəlir səviyyəsinə demək olar ki,
gəlib çatmışdır. Hal-hazırda, insan resurslarının inkişaf etdirilməsi üzrə daha
möhkəm strategiyalar yaratmaqla, ümummilli İKT infrastrukturuna geniş yer
verməklə, İKT sektorunun biznes və sosial sferada inteqrasiyasını irəli çəkməklə
bu son dərəcə mühüm əhəmiyyət kəsb edən hadisədən istifadə etmək lazımdır.
Dostları ilə paylaş: