- Seyran Sibirə gedəndən sonra Cavahir ağlaya-ağlaya qaldı. G ö
zünün yaşını çay kimi axıtdı. Böyüklərdən kimə gedib yalvardısa da,
heç kəsin ona rəhmi gəlmədi. Elə hamısı deyirdi ki, “Padşahın düşmə
nidir, Allahına şükür elə ki, dar ağacından asmayıb, sürgünə yolla
yıblar”. Eh, qızım, o vaxt kasıbların dostu n ə gəzirdi?.. Cavahirin hər
yandan eli üzüldü, əlacı kəsilib ərinin yolunu gözlədi. Seyran gedən
dən üç ay sonra bir oğlu oldu. Atnma ay keçdi, il dolandı, Seyrandan
bir xəbər-etər gəlmədi. O, Seyranı düz on il gözlədi. Axırda Nikolay
padşah taxtdan düşdü. Sibirin yollan açıldı.
Şirmayının gözlərində sevinc qığılcımları panldadı. O, tez-tez
nəfəs alıb, hadisənin xoşbəxt bir nəticə İlə qurtaracağını düşünüb ye
rində qurcalandı.
Tükezban isə köksünü ötürdü. Onun dodaqlarında qəmli bir təbəs
süm gozindi. Bir neçə an sükut edib, kədərli və titrək səsilə nağılın
sonunu danışdı.
Gedənlərin çoxu qayıtdı, ancaq Seyrandan yenə do səs-soraq çıx
madı...
Şirmayının üzündəki inci təbəssüm yavaş-yavaş silinib getdi, göz
ləri böyüdü.
- ...Sən demə, yazıq Seyran qürbətdə Allah rəhmətinə gedibmiş...
Tükəzban nağılım qurtardı və doluxsunmuş gözlərini məchul bir
nöqtəyə zilləyib hərəkətsiz qaldı.
Ona tərəf çevrilən Şirmayı, nənəsinin anq v ə solğun yanaqlarında
parıldayan yaş damcılarını görüncə üzü ciddiləşdi:
- Ağlama, nənə, - d e d i,-b u ki nağıldır! Ancaq sen demədin, o ya
zığın günahı nə idi? Niyə onu Sibirə sürgün eləyirdilər?
Tükəzban qəhərlənib udqundu. Onun boğazını nə isə ağrıdırdı.
O, nəvəsinin sualına yalnız bir neçə anlıq qəmli sükutdan sonra cavab
verdi.
- Seyranın günahı o idi ki, işıqlı gün arzulayırdı, qızım... O istəyir
Dostları ilə paylaş: |