daşları vahiməyə salır? Gəncləri sevmək lazımdır, yoldaşlar! Sevmək lazımdır gəncləri! Onlardan qorxmaq özgələrinə yaraşsa da, biz neftçilə rə qətiyyən yaraşmır. Neft gəncliyin, gənclik də neftin dostudur. Kimin buruğunda da cavanlar el-ayağa dolaşırsa, qoy onları mənim buruğuma yollasınlar. Qüdrət Salmanovİçin yazdığı şərtlərə gəlincə, o maddələrin hamısı qızıldan qiymətlidir. Mən razıyam! O, sözlərini böyük bir inadla deyib qurtararkən, sakit gözləri parıl dadı və İsmayılzadəyə elə gəldi ki, bundan sonra o biri adamlarda da şübhə yeri qala bilməz. Doğrudan da hamıdan qızğın etiraz cdətı Fikrət, bu qocanı dinlərken, nədə ise yanıldığını jşünüb, nəyi isə nə zərdən qaçırdığını güman etdi: “Axı bu niyə belə oldu?” deyə öz- özündən soruşdu. - Timofey Sıdoroviç, - dedi, - olmazmı izah edəsiniz, axı sız nə yə əsaslanırsınız? Qoca yerindən dilləndi: 134
- N ecə nəyə? Yalnız özümüzə! İndiyəcən pis işləmişik, bundan sonra yaxşı işləməliyik. Vəssalam! Sonra usta Ramazan söz aldı: - Mehdi Quliyevi tanıyırsmızmı? - deyə hamının təəccübünə səbəb olan bir sualla iclasdakı adamlara müraciət etdi. Fikrət əvvəlcə, onun da razılıq verəcəyindən qorxurmuş kimi, döyükə-döyükə baxırdı. Ancaq usta çox məyus göründüyündən, Fik rət dərindən, rahat bir nefes aldı və ümidlə parıldayan gözlərini qoca ya dikdi. Yan tərəfdə oturmuş bir nəfər sonışdu: - O kimdir, usta? Ramazan sual verən adama istehzalı bir nəzər saldı: “Dünyada nə avam adamlar varmış. Mehdi Quliyevi də tanımır” deyə düşünüb, ağır-ağır başım yırğaladı, - N ecə yəni kimdir? - dedi. - Sovet İttifaqı Qəhrəmanı! - Bunun bizə nə dəxli var? - Var! O da həmin bəyənmədiyiniz cavanlardandır. O da dünənə