tərçəsinə qeyd edir v ə “bircə gün vaxt verirəm, bilməsən gözümə görünmə” deyib gedirdi. Bir gün tənəffüs vaxtı Tahir, bu yaxınlarda şikəstliyinə görə hərbi xidmətdən azad olunmuş və şagirdlərin ən se vimli müəllimi sayılan ortaboylu, qaraşın, enli kürəkli, seyrək saçım yandan ayıran Cüməzadədən soruşdu: - Müəllim, son vaxtlar yaman başlayıblar, bu necə işdir? Cüməzadə topçu olduğundan, cəbhə istilahlarını tez-tez işlədirdi. - Yalnız topxana hazırlığı vaxtı əsgərə düz nişan almağı öyrətsək çox gec olar. Əvvəlcədən öyrətmək lazımdır. Topçular riyaziyyatı mükəmməl bilməsələr, döyüş vaxtı haqq-hesabı itirərlər. Belə deyil mi? - Cüməzadə öz sualına özü cavab verib başını tərpətdi. - Hazırlıq əvvəldən, çox-sox əvvəldən başlanmalıdır, əzizim. Ncfl də belədir. Bu saat dartay ve jalonka əsri deyil, trubin qazıma əsridir. Təbiətlə mübarizə faşizmlə mübarizədən az bilik tələb etmir. - Men onu soruşmuram, müəllim. Deyirəm, yəni son vaxtlar dərs lərimizə nə çox fikir verirlər? Cüməzadə Mehmanın əhvalatım Tahirə söyləyəndə, onun gözləri qorxu və təəccüb içində parıldadı: - Ehtiyatlı olmaq lazımdır! - dedi. - İndi cəsarət azdır, gərək nef tin dilini də biləsən. - Bunun üçün də öyrənmək birinci şərtdir! - deyə Cüməzadə fi kirli-fikirli Tahirin gözlərinin içinə baxdı. Bu söhbətdən sonra Tahir dərslərinə daha da maraqla qulaq asır və kitabxanadan aldığı texniki VlrJuWı ’u n ’t m v ə üıqqüııə uxuycfo qaytarırin. Wuriüm saydığı nöqtə ləri cib dəflərçəsinə yazıb, başa düşmədiyi ayn-ayn çətin istilahlan müəllimlərindən soruşdu. Mədənlərdə, briqadalarda iki trestin yarış şərtləri oxunub qızğın müzakirə olunandan sonra, usta Ramazanın kəşfiyyat buruğunda iş sürəti artmışdı. Deyilənə görə başqa briqada