o gülə-gülə demişdi: “Bunun harası yalandır? Mən hələ su vuran quyu qazmamışam”. Doğrudan da o, buruq ustası olandan bəri qazdığı qu yulardan heç birinin boşa çıxdığını görməmişdi. O, yalnız usta kimi deyil, həm də köhnə inqilabçı kimi məşhur idi. O, Stalinlə bir yerdə iş ləmiş, dəfələrlə həbsə düşüb-çıxmışdı. 24 Cəmil, deniz buruğunda daima qaşqabaqlı görünən bu qocanın, ə s lində mehriban və ürəyi nazik bir adam olduğunu əvvəllər dumanlı bir şəkildə hiss edirdisə də, təxmininin doğru çıxdığına sevindi. - Hə, nə dedi usta? - Dedi ki: “Qorxuram Cəmil qayıtmasın”. Oturub xeyli söhbət elədi. Yaman xoşuma gəldi, balam. Ötən günlərdən danışırdı. N ə yaman dünya görmüş qocadır! Çıxıb gedəndə məndən xahiş elədi ki: “gəldiyimi ona dem əyəsən” - Niyə ki? - deyə Cəmil qaşlarım təəccüblə qaldırıb soruşdu. - Yəqin elə fikirləşir ki, qudurarsan, iş vaxtı boynuna minərsən... Bizim ustamtz da yaxşı adamdır. Amma buna çatmaz, balam. Cəmil sükut edib gözlərini yerə dikdi v ə öz-özünə fikirləşdi: “Hər adamı usta Ramazana borabər tutduğuna bax!” - Səməndərin təriflə diyi usta ilə Ramazanı yanaşı halda təsəvvürünə gətirdi: “İnsafən o da yaxşı adamdır” - deyə ürəyində etiraf etdi və yenə trestdən söz saldı: San özün onu heç görməmisən? - Yox, görməmişəm. Ə w olleri ayn trestdə imiş. Sən gedəndən bircə həftə sonra yollayıblar. - Deyirsən bize təzə müdir yollayıblar, hə? Deyirlər ki, camaatın əlini-ayağını yaman yığışdırıb, balam. Qəzetlər xətrinə doymİr. Yəqin hələ təzədir, ona göro. Görünür vaxt verirlər do... Əgər işləri yoluna salmasa, bir azdan onun da eni ilə uzununu bərabər eləyəcəklər. Cəmil səbirsizliklə yoldaşının sözünü kəsdi: