xəyalpərvər olan Tahirə qəribə görünürdü. O, həris gözlərini dalğalar da gəzdirməyə başladı. Lap uzaqdan aşırıla-aşırıla gələn böyük bir dalğanı sahilə qədər gözdən qoymayıb, onun hər an rəngdən-rəngə girdiyini, bezən qan kimi qırmızı, bəzən də üfüqdə yanan bulud par çası kimi çəhrayı olduğunu görəndə, heyrətdən ağzı açıla qaldı, elə bil buraya nə üçün gəldiyini v ə haraya getdiyini de unutdu. Lakin bu halda “Çapayev” qayığı yan tərəfdən şığıyıb çıxdı və körpüyə yan aldı. Axşam növbəsinin fəhlələri hərəkətə gəlib bir-bir qayığa atıldılar. Qolsuz matros köynəyi geymiş fläpitan, qalın əzələli qolunu havada oynadaraq unları tələsdirdi: Tez olun, tez olun! Onsuz da usta Ramazanın yanında günahka ram, - deyə yoğun səsilə, uzun papirosunu tüstülədirdi. Bunu eşidən Cəmil, Tahiri başa saldı: — Günahını boynuna alsa da, inanmıram ustanın alindən yaxa qur tara. Yəqin haradasa, vurmağa gedibmiş, Düz on beş dəqiqə gecikib... Hesabnan gərək indi orada olaydıq. ^ Axınncı fəhlə qayığa minəndə motor yeno guruldadı. Çapayev yavaş-yavaş körpüdən aralanıb, yarımdairə halında dövrə vuraraq sonra yoluna düzəldi. Bir dəqiqə belə keçməmişdi ki, Tahir sahilə 51 < H V
doğru baxarkən, qayıqlar dayanan balaca körpünün cənub tərəfində üç. yandan hündür v ə bozumtul təpələr silsiləsilə çevrələnrnış geniş bir liman gördü. Bu limandakı buruqlar səltənəti qış fəslində çılpaqlaşmış qalın bir meşəni xatırladırdı. Cəmil, Tahirin kirpiklərini qırpmadan diqqətlə baxdığı sahil boyu nu göstərdi. - Bax bu mədənləri görürsenmi? Bir zaman buralar dəniz imiş... Diqqətlə baxsan görərsən ki, buruqlar qayda ilə düzülübdür. Amma