ya-danlaya ümumi yaşayış evinə gəldi. “Vallah, yaxşı qızdır!” - deyə fikirləşib, uzun müddət onun xəyalından aynla bilmədi. Bu nə idi? Onun ürəyinə bəlkə Lətifənin məhəbbəti qonmuşdu? '
5
Qayıqda altı nəfər gedirdi. Hamısının da gözü Tahirə zillənmişdi. O, uc tərəfdə, “Çapayev” sözünün yanında Cəm illə yanaşı oturmuşdu. Dəniz ayna qədər təmizdi. Qayıq beşik kimi yavaş-yavaş yırğala nır, adamlar isə şimaldan əsən sərin mehdən xumarlanırdılar. Yorğun düşüb sakitləşmiş Xəzərin üstünə yenə əlvan bir axşam enib gəlirdi. Günəşin özü yox, yalnız üfüqdə yanan al-çəhrayı əksi görünürdü. “Çapayev” isə ayna suları yara-yara şığıyır, fəhlələri axşam növ bəsinə aparırdı. Tahir anasının konddən yolladığı sazı torbadan çıxarıb kökləməyə başladı. Usta Ramazan onu həvəsləndirmək istədi və fikri-zikri sazda olan Tahirin də aydın hiss etdiyi bir mehribanlıqla əlini onun çiyninə qoydu. 74
- Çal, oxu, oğlum, mahnı adamın bütün dərdini unutdurur... — qoca köksünü ötürdü v ə Tahirə clo gəldi ki, o yenə do oğlanlarını xatırladı ğı üçün belə deyir. - Bu saz ki, var, səsini eşidəndə adamı cavanlaşdım. Tahir telli sazını sinəsinə basdı və gözəlləm ə çaldı. Onun baxışla rı ilham və məhəbbətlə doldu. Tahir oxudu: Yarım çıxıb yeııə bağda gəzməyə, Sallamban yüz min naz ilən gəlir. Bir aynaqabaqlı mah, qələm qaşlı, Ağ üzə xalları düzülən gəlir... Tahirin gözləri elə bil doğrudan da yarına zillənmişdi. Ancaq onun yarı görünmürdü. Çünki hər tərəf dənizdi və yalnız su içindəki buruq- lar bir-bir gəlib qayığın böyründən keçirdi. Tahir oxuduqca heç kəsin iizünə baxmırdısa da, yenə də hamının gözü onda idi. Deyəsən, özünə məxsus sadəcə bir məharətlə çaldığı və oxuduğu gözəlləm ə qayıqda