Mehdi HÜseyn s e ç IL m iş ƏSƏRLƏRİ



Yüklə 7,54 Mb.
Pdf görüntüsü
səhifə91/382
tarix27.12.2023
ölçüsü7,54 Mb.
#199115
1   ...   87   88   89   90   91   92   93   94   ...   382
Sechilmish eserleri II cild

əccüblə soruşdu.
- Yox, əşi, sən m ənə nə demisən ki?
- Bəs niyə mısmırığım sallamısan?
Tahir acığını unudub, gözlərini mochul bir nöqtəyə zillədi:
- Ürəyim danxır, - dedi, — evdən Ötrü bumumun ucu göynəyir.
78 C 2 V
6
Cəmil Tahirin zahirən çox sakit söylədiyi bu sözlərdəki əsəbi ni­
dam dərhal hiss etdisə də, onun ürəyinə yenidən toxunmamaq üçün
səsinə mehriban və mülayim bir ifadə verdi.
- Axı, bu kənddə nə görmüsən?
Hər şey... - Tahir əsəbi bir tərzdə onun sözünü kəsdi. - Nəyim
çatışmırdı? Bir atım var idi ki, üstünə qalxanda ürəyim tel-tel olurdu.
Bulaq baş nida səhənglərini dolduran qızların yanından səyirdib ke­
çəndə, hamısı gözünü mənə zilləyib həsrətlə baxırdı...
Cəmil, onun xətrinə dəym əm ək üçün sözlərini zarafat tərzində
demək istədi:
- Balam, qızlarda, golinlərdə işim yox, amma kolxozun atını niyə
öz adma çıxırsan?
Tahir dostunun sözlərino etiraz edib, “kolxoz da elə monım deyil?”
demək istərkən, arxa tərəfdən addım səsləri gəldi. Onlar hər ikisi
dönüb baxdı. Buruq ustası müavini Vasilyev, əlində Tahirin sazı onla­
ra tərəf yeriyirdi.
Briqadanın üzvləri arasında Sergey Tımofeyeviç Vasilyevin çox
böyük hörməti vardı. O, yeddi-səkkiz ildi ki, usta Ramazanla birgo iş­
ləyirdi. Özü Bakıda doğulmuş, ta uşaqlıqdan azərbaycanlılarla qapı bir
qonşu olmuşdu. Atası 1918-ci ildə alman-türk silahlılan ilə vuruşma
zamanı fəhlə dəstəsinin komissarı sifətilə cəbhoyə getmiş vo Bakının
qəhrəman müdafiəsində əsil igid kimi döyüşüb həlak olmuşdu. Sergey
Timofeyeviç özü hələ atası ölməmişdən fəhlə idi. Həmişə də azərbay­
canlılarla durub-otururdu. Onun həyat tarixçəsində daima həzin kə­
dərlə xatırladığı bir hadisə baş vermişdi: on altı-on yeddi yaşında ikən

Yüklə 7,54 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   382




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin