edən tarixçilər göstərir ki, quyu üsulu İlə alman nefti dəvə karvanları ilə uzaq ölkələrə aparırlarmış... Əlbəttə, bütün bunlar, neft istehsalı nın o zamankı səviyyəsinin nə dərəcədə aşağıda olduğunu tosəvvür etməyə imkan verir. Müxbir nəzakətlə Qüdrətin sözünü kəsib, soruşdu: - Abşeronda ilk buruq nə vaxt qoyulmuşdur? - Sənaye üsulu ilə Bakıda qazılan ilk buruq 1869-cu ilə təsadüf edir. Bu işi Mirzəyevin mədənində başlamışlar. Lakin ilk qüvvətli fan- 82
tan Balaxanıda, 1873-CÜ İldə olmuşdur. Bu zamandan etibarən qazma işləri sürətlə artmış, bir çox yerdə zəngin neft yataqları işə salınmış dır. Bunlar indi bizə çox sadə və gülməli görünür. Birinci fantan vuran quyunun dərinliyi yalnız 29 metrdi... Müxbir təəccübdən böyüyən gözlərini Qüdrətə dikib qaldı, - T əəssüf ki, - deyə İsmayılzadə yorğunluğunu gizlədə bilməyib əsnədi, — çox təəssüf ki, neftin tarixini hələ de layiqlə tədqiq edən ol mamışdır... İnqilabdan e w ə l Abşerona soxulan xarici kapitalistlər yalnız vəhşi istismara fikir vermiş, xalqımızın adət v ə ənənələrini, ta rixini, xüsusən neftin ilk qəhrəmanlarını öyrənməklə qətiyyən maraq lanmamışlar. Sovet alimlərinin bu sahədə gördükləri iş az olmasa da, hələ kafi deyildir. Abşeronun hər parçası zəngin neft yataqları ilə bə rabər böyük v ə maraqlı əfsanələrlə doludur... - Dəniz kəşfiyyatının tarixindən bir söz deyə bilməzsin i zmi? - Dəniz kəşfiyyatının tarixi o qədər böyük deyildir. Ona görə də bu sahədəki təcrübəmiz hələ çox azdır. İndiyəcən qazılan quyuların əksəriyyəti yaxşı səmərə verməmişdir. Ancaq geologiyanın çıxardığı nəticəyə görə Xəzər dənizində zəngin neft yataqları vardır. Son illər də qoyulmuş bəzi buruq!ar da bunu aydın sübut etməkdədir. İndi artıq