İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ
________________________ 270 ____________________________
2013-cü illərdə yeni standart yaradıldı və həmin standartın
(IEEE 802.11ac standartı nəzərdə tutulur) tam qəbulu 2014-
cü ilə planlaşdırıldı. Yeni standartda informasiyanın ötürülmə
sürəti Qiqabit/saniyələrlə ölçülməsi nəzərdə tutuldu.
Wi-Fi lokal naqilsiz şəbəkədə fiziki mühit kimi
radiotezlikli və ya infraqırmızı
diapozona malik mühiddən
istifadə edilir.
Əlçatanlıq nöqtəsinin servislərinin toplama identifikatoru –
SSID (Service Set Identifier) vardır. SSID 32 bitlik sətirdir,
naqilsiz şəbəkədə
ad kimi istifadə olunur, onun köməyilə
şəbəkənin bütün düyünləri assosiasiya olunur. SSID
identifikatoru işçi stansiyanın şəbəkəyə qoşulması üçün
yararlıdır.
İşçi stansiyaları əlçatanlıq nöqtərləri ilə birləşdirmək üçün
hər iki sistem eyni SSID-yə malik olmalıdır.
Əgər işçi stansiya
lazım olan SSID-yə malik deyilsə, onda o, əlçatanlıq nöqtəsi ilə
birləşə bilmir, şəbəkəyə qoşulmaq imkanından məhrum olur.
Naqilli və naqilsiz şəbəkələrin bir-birindən əsas fərqi
naqilsiz şəbəkənin sonuncu nöqtələri arasında
nəzarət
edilməyən sahələrin olmasıdır. Bu fərq hücum edənə
(bədniyyətli insana) imkan verir ki, bilavasitə naqilsiz struktura
yaxın yerləşən sahələrə ardıcıl hücumlar etsin (belə hücumları
naqilli şəbəkələr mühitində yerinə yetirmək mümkün deyil).
Lokal naqilsiz şəbəkədən istifadə
edəndə təhlükəsizlik
hücumları hiss ediləcək dərəcədə çoxalır (şəkil 16.).
Aşağıda naqilsiz şəbəkə təhlükələri və onlar arasında əsas
əlaqələr verilmişdir.
Dostları ilə paylaş: