İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ ________________________ 77 ____________________________
uzunluğa malik 16 dövrlü (raundlu) və açarlı Feystel
şəbəkəsi təşkil edir. Alqoritm xətti və qeyrixətti çevrilmələrin
kombinasiyası üçün istifadə edilir. 1972-ci ildə ABŞ
hökumətinin kompüter təhlükəsizliyinə olan ehtiyacı
araşdırılır. Amerika “Milli Standartlar Bürosu” (indiki zamanda
NIST adlanır) ümumi hökumət standartında qeyri-tənqidilik
informasiyasının
şifrələnməsini
müəyyənləşdirir.
Milli
Standartlar Bürosu Milli Təhlükəsizlik Agentliyi (MTA) ilə
apadığı məsləhətləşmə nəticəsində belə qərara gəlir ki, şifrin
yaradılması üçün müsabiqə elan etsin. Müsabiqənin 15 may
1973-cü ildə başlaması nəzərdə tutulur. IBM firmasi
müsabiqəyə “Lüsifer” adlı şifrəni təqdim edir
.
Müsabiqəyə
təqdim olunan bütün şifrələrin heç biri müsabiqənin
tələblərini ödəmir. 1973-1974-cü illərdə IBM firması
H.Feystelin alqoritminə əsaslanaraq yeni şifrəni müsabiqəyə
təqdim edir (şifrə yenə də “Lüsifer” adlandırılmışdı). Bu dəfə
təqdim edilən şifrə juri tərəfindən qəbul edilir. 17 may 1975-
ci ildə DES alqoritmi “Federal reyestr” tərəfindən nəşr edilir.
DES alqoritmini həddindən artıq uzun müddətə və böyük
xərc tələb etməklə “sındırmaq” mümkün idi. Bunun nəticəsidir ki,
DES alqoritmi nəhayət ki, 39 gün ərzində on minlərlə
kompüterdən ibarət şəbəkənin köməyilə “sındırılır”. İnternet
şəbəkəsində şəxslərə məxsus gizli məlumatlar və informasiya
təhlükəsizliyi ilə məşğul olan “EFF” ictimai təşkilatı bu problemi
araşdırmaq üçün dəyəri 25 000 dollar olan kompüter yaradır və
1988-ci ildə DES üsulu ilə şifrələnmiş verilənləri üç gün ərzində 56
bitlik açardan istifadə etməklə şifrədən azad edə bilir.
Superkompüter “EFF DES Cracker” adlandırılır. Sonrakı illərdə RSA
Laboratory apardığı təcrübələrə əsaslanaraq daha güclü kodların
da açılmasının mümkünlüyünü sübut edir. Aşağıda
şifrənin
açılmasını əks etdirən sxem verilmişdir.