İnformasiya təHLÜKƏSİZLİYİ (DƏrsliK)


İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ



Yüklə 117,98 Kb.
Pdf görüntüsü
səhifə87/257
tarix07.01.2024
ölçüsü117,98 Kb.
#201485
növüDərs
1   ...   83   84   85   86   87   88   89   90   ...   257
INFORMASIYA-TEHLIKESIZLIYI-DERSLIK-2017 (1)

 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 133 ____________________________ 
adının, soyadının və atasının adının tərs yazılışından və s. 
istifadə etməsidir. 
Bütün bunlardan yan keçmək üçün istifadəçi parolun 
avtomatik yaradılması üçün yararlı olan proqramdan 
bəhrələnməlidir, çünki proqram istifadəçinin seçdiyi lüğətə 
uyğun olan sözləri generasiya edir, bu da parolun etibarlı 
olmasına imkan yaradır.
Beləliklə, 
etibarlı parol tamamilə mənasız sözlərdən 
yaradılmalıdır. 
ÜMUMİ ƏLÇATAN YERLƏRDƏ SAXLANILAN 
PAROLLARIN TOPLANMASI 
Bir çox müəssisələrdə parol yaradıldıqdan sonra 
istifadəçilər arasında paylanılır. Bəzən belə parolları yadda 
saxlamaq çətin olur. Bundan çıxış yolu parolun yazılı şəkildə iş 
masasında (və buna uyğun yerlərdə) saxlanılmasından istifadə 
edilir. Bəzi hallarda parol kağız parçasına yazılaraq kompüterin 
ekranına yapışdırılır, cib dəftərcəsinə qeyd edilir və ya kağıza 
yazılmış şəkildə iş masasının gözə görünən yerinə qoyulur. 
Araşdırmalar göstərir ki, istifadəçi bu məsələyə çox da 
ciddi yanaşmır. Adatən bu istifadəçinin təhlükəsizlik siyasətini 
lazımı səviyyədə başa düşə bilməməsi ilə, ona lazım olan 
verilənlərin və servislərin parolla müdafiə edilməsinin 
qiymətinin yüksək olması və s. faktorların düşməndən gizli 
saxlanılmasının vacibliyini anlaya bilməməsi ilə bir-başa 
əlaqəlidir. Bəzən istifadəçi müəssisəni özünə doğma saydığı 
üçün parolların gizli saxlanılmasını qiymətləndirə bilmir və bu 
sirrin agah olmasının ona və müəssisəyə vuracağı ziyanı 
qiymətləndirməkdə aciz qalır. Bütün sadalananlar pisniyyətli 


 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 134 ____________________________ 
insan üçün kifayətdir ki, o öz iyrənc məqsədini həyata keçirə 
bilsin.
Təcrübə göstərir ki, istifadəçi parolu müəssisə 
rəhbərliyindən alandan sonra onu ya kağız parçasına, ya da ki, 
cib dəftərçəsinə yazırsa, o bir müddət sonra parolu əzbər bildiyi 
üçün onları zibil qutusuna atır. Bu da düşmən üçün kifayət 
edici haldır.
Deməli belə bir qanun var: 
parol hamı üçün əlçatan yerdə 
saxlanılmamalıdır. İdeal variant – onu yadda saxlamalı və heç 
bir yerdə gizlətməməli. Əgər parol cib dəftərçəsindədirsə, 
dəftərçə nəzarətsiz qalmamalı, parolu sistemə daxil edəndə 
otaqda kənar şəxs olmamalı və nəhayət, istifadəçi bu işə 
məsuliyyətlə yanaşmalıdır. 

Yüklə 117,98 Kb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin