45
“PAŞA Sığorta” şirkətində menecmentin əsas istiqamətləri:
Əsası 2006-cı ildə
qoyulmuş “Paşa Holdinq”in tərkibinə daxil olan iki sığorta şirkətindən biri kimi “PAŞA
Sığorta” sektor üzrə daxili bazar liderlərindən biri hesab olunur. Nizamnamə kapitalının
həcmi 50 milyon manat olan “PAŞA Sığorta” şirkəti 300.000-ə yaxın
fərdi və
korporativ müştərisinə 36 növ icbari və könüllü sığorta üzrə xidmət göstərir. Ötən ilin
(2018) yekun məlumatlarına əsasən şirkət il ərzində 127 974,33 milyon manat sığorta
mükafatı toplayıb. Bu isə 17,6% pay ilə bazar ikinciliyi deməkdir. Bu göstəricilər daha
öncəki illərdə 19,32 və 20,6% təşkil etmişdir.
(https://www.pasha-insurance.az/about-
us/about-company/, 2019)
Şirkətin yarandığı tarixdən bəri yüksək bazar payı ilə daim ön sıralarda yer
almasının əsas səbəbi kimi yüksək səviyyəli kapitalla yanaşı, mürəkkəb və bir o qədər
də dəqiqliklə təşkil edilmiş menecment strukturu göstərilir. Paşa Sığortanın idarətmə
strukturuna və şirkətdə menecmentin əsas xüsusiyyətlərinə nəzər salaq:
Menecment:
Şirkət tərəfindən yetişdirilən menecer-liderlər şirkətin gələcəyə
baxışını və inkişaf istiqamətini ortaya çıxarır, heyyətin korporativ dəyər və məqsədlərə
söykənən çalışmasını təmin edir, yeni biznes münasibətlərinin qurulmasını, həmçinin
yeni sosial məqsədli layihələrin təbliğini həyata keçirir, ətrafdakıları motivasiya edir.
Şirkətdə
menecmentin
aşağıdakı əsas istiqamətləri var:
Korporativ dəyərləri,
mədəniyyəti, etik davranış qaydalarını, strategiyanı,
missiyanı və gələcək hədəfləri müəyyənləşdirmək;
Bütün heyyət üzvləri daxil olmaqla şirkətin əsas aktivlərini formalaşdırmaq
və şirkətin fəaliyyətinin rentabelliliyini təmin etmək;
Qanunçulara riayət edilməsinin, sosial yönümlü layihələrin tətbiq və təşviq
edilməsi;
Sağlam və təhlükəsiz iş mühitinin yaradılması;
İşçilərin ixtisaslaşması və peşəkar inkişafı üçün hər cür şəraitin yaradılması
və onların ümumi hədəf uğrunda çalışmaları üçün motivə edilməsi
Korporativ İdarəetmə
şirkətin gələcək inkişafını səciyyələndirən, həmçin onun
46
fəaliyyətinin təmin edilməsinə birbaşa təsir göstərən qanunların,
siyasətlərin,
proseslərin, daxili standardların və strateji xarakterli göstərişlərin toplusudur. Şirkərdə
korporativ idarəetmə sistemi korporativ idarəetmənin beynəlxalq və daxili
standartlarından və təcrübəsindən yararlanaraq, o cümlədən qanunvericilik tələbləri ön
rəhbər tutularaq qurulmuşdur və aşağıdakılardan ibarətdir:
Səhmdarların Ümumi Yığıncağı
–İl ərzində bir-iki dəfə toplanan və şirkətin
inkişafının əsas istiqamətlərini müəyyən edən Səhmdarların Ümumi İclası şirkətdə
qərar qəbul edən əsas orqan hesab edilir. Qəbul edilmiş qərarlar üzrə fəaliyyətə ümumi
nəzarətin və rəhbərliyin
həyata keçirilməsi isə
Direktorlar Şurası
tərəfindən təmin
olunur. Bu Şura şirkətin strateji layihələrinin, biznes strategiyasının təsdiqi, icrası və
fəaliyyətə ümumi nəzarəti həyata keçirir.
Təftiş Komissiyası ş
irkətin maliyyə-təsərrüfat
fəaliyyətinə nəzarət etmək vəzifəsini daşıyır, şirkətin maliyyə durumuna neqativ
göstərə biləcək əməliyyatlara
və ya şəraitə nəzarət edir, ilin yekunda maliyyə
nəticələrinə dair rəy və tövsiyə bildirir, həmçinin Daxili Audit Xidmətinin fəaliyyətinə
nəzarət edir.
İdarə Heyəti
hazırkı fəaliyyətinə nəzarəti təmin etməklə yanaşı,
illik
büdcənin, strateji planının, maliyyə hesabatlılığının və sığorta əməliyyatlarının icrasını
həyata keçirir.
Keyfiyyət Qrupunun vəzifəsi isə d
axili nəzarət sistemlərinin şirkətin real
biznes proseslərinə və Beynəlxalq İdarəetmə Standartının tələblərinə uyğunluğunu
yoxlamaq, cari ehtiyaclarının təmin edilməsinə nəzarət etməkdən ibarətdir.
Bunlardan başqa “Paşa Sığorta” şirkətində korporativ idarəetmə sisteminə daxil
olan bir sıra daxili komitələr fəaliyyət göstərməkdədir:
Depozit və İnvestisiyalar Komitəsi
Büdcə və Strategiya Komitəsi
İnformasiya Texnologiyalarının İdarə Olunması üzrə Komitə
Riskləri İdarəetmə Komitəsi
İnsan Resursları və Mükafatlandırma Komitəsi
Məlumat üçün qeyd edək ki, adları sadalanan komitələrin qərarları iclasda iştirak
edən üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir.
(https://www.pasha-insurance.az/about-
47
us/corporate-governance/, 2019)
Dostları ilə paylaş: