II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
653
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
Xammal gəlirlərinin dəyişkənliyi səbəbilə uzun dövrdə sənaye mallarına nəzərən zəif olmasına görə ticarətdə davamlı
şəkildə zərərə məruz qalmamaq üçün İEOÖ-lərin beynəlxalq ixtisaslaşmada sənaye malları ixracatcısı ölkə səviyyəsinə
gəlmələrini zəruri edir. Bu halda qorunan sənayelərin bir müddətdən sonra inkişaf edib, öncə daxili bazarın ehtiyaclarını
ödəyəcəyi, sonra da məhsullarını dünya bazarlarına ixrac etməyə başlayacağına inanılır.
İdxal əvəzləyici sənayeləşmə modeli İEOÖ-lərin qarşısında bir sıra fərqli alternativlər qoyur. Bunlar aşağıdakı kimi
qruplandırılabilər:
Mövcud olan valyuta ehtiyatlarının investisiya malları və yarımfabrikatların idxalında istifadə edilib bu idxalat ilə
ölkədə istehlak mallarının istehsal edilməsi;
Mövcud olan valyuta ehtiyatlarının investisiya malları istehsalını təmin edəcək investisiya malları idxalında istifadə
edilməsi və istehsal edilən investisiya malları ilə istehlak mallarının istehsal edilməsi;
Mövcud olan valyuta ehtiyatlarının investisiya malları istehsalını təmin edəcək investisiya malları idxalında istifadə
edilməsi və mövcud investisiyalarla yeniden investisiya mallarının istehsal edilməsi.
Bu alternativlerden birincisi, İEOÖ-lərin əksəriyyətinin 1950-ci illərdən sonra tətbiq etdiyi sənayeləşmə siyasəti
olmuşdur. Bu ölkələrdən bəziləri, məsələn Braziliya, bir müddət ikinci alternativi də ortaya qoyduğu halda, Türkiyə kimi
ölkələr ikinci qismə keçə bilməmiş və sənayeləşmədə önəmli problemlərlə qarşı-qarşıya qalmışdır. Üçüncü alternativ isə
keçmiş Sovet modeli olaraq qeyd oluna bilər.
Bütün bu qeyd olunanara baxmayaraq təcrübədə idxal əvəzləyici sənayeləşmə strategiyasına yönəlik optimist
yanaşmaların əksəriyyətlə özünü doğrultmadığı görülmüşdür. Bu istiqamətdfəki tənqidi fikirlər strategiyanın
müdafiəçilərindən olan R.Prebisch tərəfindən belə xülasə edilmişdir: "bu siyasətin nisbətən sadə və asan mərhələsində
sənayeləşmədə ilkin olaraq bur uğur əldə ediləbilər. Ancaq bu mərhələdən sonra çətin və texnoloji baxımdan kompleks bir
prosses başlanmalıdr. Çünki bu dövrdə qurulacaq firmalar texnoloji ağırlıqlıdır və geniş bir bazar tələb edir. Halbuki, İEOÖ-
lərdə bazarın kiçik olması, kiçik miqyaslı və səmərəli olmayan firmaların parça başına istehsal xərclərinin yüksək olması
xarici rəqabətə qarşı idxalat kvotalarına və yüksək gömrük rüsumlarının tətbiqinə gətirib çıxarır. Qoruma siyasəti isə
sənayedə texnoloji inkişafı əngəlləyərək məhsuldarlığın azalmasına yol açdığı üçün sənaye strukturuna da mənfi təsir
göstərir.
Sənayeləşmədə idxal əvəzləməsinə yönəlmək bir plan və proqram nəticəsində deyil, xarici iqtisadi təsirlərdən ortaya
çıxır. Bu durumda lazım olmayan məhsulların idxalatına əngəllər qoymaqla, yerli istehsal yüksək gömrük faizləri ilə
qorunaraq, maya dəyərinə baxılmadan sənayeləşmə təşviq edilir. Nəhayət aşırı qoruma siyasəti ölkənin xarici bazar və
rəqabətlə əlaqəsini kəsdiyi üçün istehsalda keyfiyyətin artması və xərclərin düşürülməsi yolundakı təşviq və təzyiqlər
ortadan qalxır.
Təcrübədə idxal əvəzləməsinin ancaq idxal edilən parçaları birləşdirən montaj tipli istehsal səviyyəsində həyata
keçirilməsi, istehsalda idxal edilən amillərin payının yüksək nisbətdə olmasına və idxalatın yerli sənaye istehsalından daha
sürətlə artmasına gətirib çıxarmışdır. Xaricdən təçhizat, texnologiya, xammal, hətda məhsulun bir sıra parçalarının idxal
edilməsi, tədiyyə balansı problemlərindən qurtulmaq üçün müraciət edilən idxal əvəzləməsinin qısa müddətdə yeni
problemləri ortaya çıxarmasına səbəb olmuşdur. Digər tərəfdən, bu şəkildə idxal əvəzləyici siyasət yürudən sənayelərin
əhəmiyyətli dərəcədə xaricdən asılı olması, bu ölkə iqtisadiyyatlarını dünya bazarındakı dalğalanmalardan təsirlənən,
idxalatdan asılı (import senstive) iqtisadiyyat halına gətirmişdir. Əgər idxal əvəzləməsi xarici investisiyalı şirkətlər
tərəfindən həyata keçirilirsə bu asılılığa bir də texnoloji asılılığı da əlavə etmək lazımdır. Bu asılılığın davam etməsi isə
İEOÖ-lərin istehlak mallarına yönəlik idxal əvəzləmə siyasətindən investisiya malları əvəzləməsinə keçə bilməmələrindən
olmuşdur.
İEOÖ-lərin idxal əvəzləyici sənayeləşmə strategiyası nəticəsində struktur asılılıqlarının artdığını qeyd edən iqtisadçılara
görə texnologiya istehsalı İEÖ-lərin inhisarında qaldığı müddətdə, bu ölkələrin "uyğun" texnologiya seçimində bir
sərbəstliyə də malik olmaları mümkün olmur. Buna görə texnologya istehsalı həm İEÖ-lərin inhisarında qalmaqda, həm də
beynəlxalq qanunlarla qorunmaqdadır.
Ümumiləşdiriləcək olursa, idxal əvəzləyici sənayeləşmə siyasətinə yönəldilən tənqidlər aşağıdak başlıqlar altında qeyd
oluna bilər:
İqtisadi ehtiyatların israfı,
Xaricdən asılılıq,
İxracat sənayesinin əleyhinə formalaşan struktur,
Xarici borcların artması.
Nəticə olaraq, yuxarıda qeyd olunanları da nəzərə alaraq inkişaf etməkdə olan bir sıra ölkələrdə tətbiq edilən idxal
əvəzləyici sənayeləşmə strategiyası təcrübəsinin çox uğurlu bir təcrübə olmadığı qeyd oluna bilər. Bunun yerinə bir çox
iqtisadçılar uzun müddətli, dayanıqlı iqtisadi inkişaf üçün ixracata əsaslanan sənayeləşmənin daha uğurlu bir strategiya
olduğu üzərində həmfikirdirlər.
|