Microsoft Word Materiallar Full


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə194/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   190   191   192   193   194   195   196   197   ...   1149
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

109 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

istehsalda artıma gətirib çıxarır. Bu nəzəriyyə ilkin olaraq təhsil və səhiyyə kimi 2 əsas amil üzərində durmuş-dur. 1980- ci 

illərin sonlarından etibarən təhsilli, sağlam və keyfiyyətli  əmək faktoru kimi qiymətləndirilən insan kapitalı iqtisadi artımın 

əsas təkanverici qüvvəsi olaraq ələ alınmışdır. Dünya bankı bu istiqamətdə bir sıra göstəricidən istifadə etməklə ölkələrə 

görə hər il dəyəri 0-1 arasında yer alan bir indeks- insan kapitlının inkişafı indeksi- hesablayır. 

İqtisadi ədəbiyyatda insan kapitalına fərqli təriflər verilmişdir. Bu təriflər ümumiləşdiriləcək olursa, insan kapitalı istehsal 

prossesində yer alan əmək amilinin sahib olduğu və digər istehsal amillərindən daha səmərəli istifadə edilməsinə  gətirib 

çıxaran bilik, bacarıq, təcrübə, peşəkarlıq, sağlamlıq səviyyəsinə bağlı olaraq yaratdığı əlavə dəyər olaraq ifadə edilə bilər. 

İnsan kapitalının kəmiyyət göstəriciləri, yəni ölçüləbilirliyi bir sıra amillərə bağlı olaraq reallaşdırılır. Bu göstəri-cinin 

müəyyənləşdirilməsində,qeyd olunduğu kimi, ən çox təhsil üzərində durulur. Bu baxımdan insan kapitalının for-

malaşmasında mövcüd təhsil səviyyəsi ilə təhsilə yatırılan investisiyalar əsaslı amillər olaraq önə çıxır. Təhsil səviyyəsində bir 

sıra göstəricilərlə,  əsasən oxumaq-yazmaq səviyyəsi  ələ alınır.  İnvestisiya göstəriciləri isə maddi və maddi olmayan 

göstəricilər olmaqla ikiyə ayrılır. Maddi göstəricilər ümumilikdə təhsillə əlaqədar əmtəə xə xidmətlərə sərf oluna dövlət və 

özəl sektor xərcləri, insan kapitalının inkişafına sərf olunan xərclər yer alır. Buna görə maddi göstəricilər olaraq UDM-də 

təhsilin payı, tələbə-şagird başına təhsil xərcləri, şirkətlərin təhsilə ayırdıqları xərclər ələ alınır. Maddi olmayan göstəri-cilər 

olaraq isə işlə əlaqədar təhsil fəaliyyətlərində iştirak, təhsilə ayrılan zaman və s. kimi göstəricilər üzərində durulur.  

İnsan kapitalının keyfiyyətindəki artım yalnız təhsillə deyil, bu istiqamətə yönəldilən bütün xidmətlərin məcmusuyla 

əlaqədardır. Belə ki, səhiyyə, aktiv əhalinin payı, beyin köçü və s. kimi ünsürlər də insan kapitalına təsir edən amillər 

arasında yer alır. Səhiyyəyə bağlı olaraq insan kapitalının inkişafı qidalanma səviyyəsi, orta ömür müddəti kimi bir sıra 

göstəricilər çərçivəsində  ələ alınır. Beyin köçünə  gəlincə Lucasa görə bu hal köç verən yoxsul ölkələrdə yoxsulluğun 

davamlılığına gətirib çıxrmaqda, köç alan ölkə iqtisadiyyatlarının isə inkişafına gətirib çıxaran bir amil olaraq qiymətlən-

dirilir. Təbiidir ki,insan kapitalını  dəstəkləyəcək tədbirlər alınmazsa, bu kapitalın önəmli bir qisminin xaricə  çıxmasının 

qarşısını almaq mümkün olmayacaqdır. 

Məlumdur ki, İEÖ-lərdə informasiya texnologiyalarının (IT) istehsalı yüksək həcmdəki tədqiqat və inkişaf (R&D) 

xərcləri ilə dəstəklənir. Bu ölkələrdə tədqiqat və inkişaf (R&D) xərclərinin ÜDM-dəki payı 1.5-2% ikən, İEOÖ-lərdə isə bu 

nisbət 0.05%-in altındadır. Bunun məntiqi nəticəsi olaraq dünyadakı məcmu tədqiqat və inkişaf (R&D) xərclərinin 95%-ni 

İEÖ-lər, 5%-ni isə  İEOÖ-lər reallaşdırmaqdadır. Ayrıca  İEÖ-lərdə bu xərclərin  əsas hissəsi özəl sektor, İEOÖ-lərdə isə 

dövlət sektoru tərəfindən ayrılır. 

Bir ölkədə iqtisadi artımla insan kapitalı arasında funksiyonal bir münasibət, paralel bir əlaqənin mövcüdluğu bir çox 

tədqiqatda ortaya qoyulmuşdur. Mushkin apardığı emprik tədqiqatda iqtisadi inkişaf prossesində təhsil və səhiyyə sahə-sinə 

eyni müddət aralığında qoyulan investisiyaların müsbət təsirlərini ortaya qoymuşdur. Bu çərçivədə sağlam və təhsilli fərdlərin 

cəmiyyətdə istehsalçı  və istehlakçı olaraq daha rasional davrandıqları  təsbit edilmişdir. Ümumilikdə  təhsil iqti-sadi 

inkişafda mühüm bir faktor olmaqla birlikdə, Yaponiya və Almaniya nümunəsində olduğu kimi, inkişaf etdirilmiş insan 

kapitalına malik ölkələrin daha sürətli bir inkişaf trendinə girdiyi inkar edilməyən bir reallıqdır. Eyni şəkildə Asya 

Pələngləri olaraq adlandırılan ölkələrdən Maleziya, Tayland və C.Koreya da davamlı  şəkildə insan kapitalının inkişafına 

fokuslanmış siyasət yürutməklə bugünkü səviyyəyə gəlmişdir. 

Digər tərəfdən Barro kimi iqtisadçılara görə insan kapitalı baxımından güclü olan ölkələr texnologiyadan daha sə-

mərəli şəkildə istifadə etməklə məcmu istehsal amili səmərəliliyini daha çox artırmaqla iqtisadi artımı sürətləndirəbilər. Bu 

artımla  əldə olunan gəlir artımı hökümət tərəfindən təhsil, səhiyyə, mənzil təminatı, yoxsulluğa qarşı mübarizə, regio-nal 

disbalansla mübarizə kimi sahələrə yönləndirilirsə bu halda insan kapitalının səviyyəsi daha da artacaqdır. 

Nəticə olaraq yuxarıda da ümumi çərçivəsi ortaya qoyulan insan kapitalı ilə iqtisadi inkişaf arasındakı pozitiv əlaqə bir 

çox tədqiqatçı tərəfindən nəzəri və empirik çərçivədə ortaya qoyulmuşdur. Bu durum 20 ildən bir qədər çox müstə-qillik 

keçmişinə sahib olan Azərbaycan iqtisadiyyatı baxımından da çox mühüm bir məsələ olaraq qarşıda durmaqdadır. Belə ki, 

müstəqilliyin əldə edildiyi ilk illərdəki çətin iqtisadi situasiya, zaman içində "Əsrin Anlaşması" və digər neft müqavilələrinə 

bağlı olaraq yerini iqtisadi artıma buraxmış  və Azərbaycan sürətli iqtisadi artım tempi ilə son illərdə diqqət çəkən bir ölkə 

olmuşdur. Yalnız buna baxmayaraq bu hal resurs zəngini olan ölkələrdən biri kimi Azərbaycanın ən ak-tual məsələlərindən 

olan dayanıqlı iqtisadi artımın təmin olunması  məsələsinin həll olunması demək deyildir. Bu baxım-dan həm  ələ alınan 

nəzəri və empirik tədqiqatlar, həm də bir çox İEÖ-də keçmişdən bu günə  əldə edilən iqtisadi tərəqqidə insan kapitalının 

lokmotiv rolu danılmazdır. Bunu nəzərə alaraq Azərbaycan iqtisadiyyatında insan kapitalının inkişafı istiqamətində bugün 

atılan bir sıra strateji addımlar davam etməli, eyni zamanda məsələnin elmi əsaslandırılması istiqa-mətində sözü gedən 

tədqiqat və ölkə nümunələri diqqətlə  ələ alınmalı  və ölkə reallıqlarına uyğun inkişaf siyasəti davamlı  şəkildə 

təkmilləşdirilməlidir. 

 

 


Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   190   191   192   193   194   195   196   197   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin