ŞİFF ƏSASLARI VƏ ONLARIN BƏZİ TÖRƏMƏLƏRİNİN SİNTEZİ VƏ ANTİMİKROB
XASSƏLƏRİNİN TƏDQİQİ
Aysel RƏHİMOVA
AMEA Ə.M. Quliyev adına Aşqarlar Kimyası İnstitutu
rahimova_aysel@mail.ru
Şiff əsasları həmçinin iminlər, aminlər və azometinlər də adlanır. Aromatik aldehidlərdən və aminlərdən törəyən Şiff
əsasları analitik kimya və biologiyada özünə geniş tətbiq sahəsi tapmışdır. Şiff əsasları neoplazma inhibitorları, antimikrob,
antixərçəng, eyni zamanda bitkilərin böyüməsini təmin edən regulyatorların və antivərəm preparatların alınmasında tətbiq
olunur.
Azometinlərin antimikrob aktivliyi neft və neft məhsullarını biozədələnmədən mühafizə etmək üçün də tətbiq edilir.
Bu məqsədlə tərəfimizdən ilkin olaraq, naftil-amin və p-dimetil aminobenzaldehid əsasında p-dimetilaminobenziliden-
naftil-amin şiff əsası sintez edilmiş, ilkin maddə əsasında Cu, Ni kompleksləri alınmışdır. Alınan maddələrin quruluşları İQ,
NMR spektroskopiya üsulları ilə təsdiq edilmişdir.
H
C
C
O
H
H
Cl
O
1
2
3
4
5
6
7
8
|