CuInSe
2
-FeSe-In
2
Se
3
SİSTEMİ
Rahilə MIRZƏYEVA, M. R. ALLAZOV, R. F. ABBASOVA, M. B. BABANLI
Bakı Dövlət Universiteti
r-mirzoeva@mail.ru
CuInSe
2
-FeSe-In
2
Se
3
kvaziüçlü sistemini tədqiq etməkdə məqsəd sistemin bütün qatılıq sahələrində gedən fiziki-
kimyəvi proseslərin xarakterini müəyyənləşdirmək, məlum və mövcud ola biləcək fazaların ilkin kristallaşma və
mövcudluq sahələrini müəyyənləşdirmək, bərk faza tarazlıqları diaqramını və likvidus səthinin proeksiyası diaqramını
qurmaq olmuşdur.
CuInSe
2
-FeSe-In
2
Se
3
sistemində baş verən fiziki-kimyəvi çevrilmələr CuInSe
2
-In
2
Se
3
, In
2
Se
3
- FeSe, CuInSe
2
– FeSe və
CuInSe
2
- FeIn
2
Se
4
kvazibinar sistemlərinin və bir neçə qeyri-kvazibinar kəsiklərinköməyilə araşdırılmışdır. Bu kəsiklərin
birinci ikisi haqqında məlumatlar ədəbiyyat materiallarından götürülmüş və bəzi tərkiblərdə alınmış fərqli nəticələr
dəqiqləşdirildikdən sonra istifadə edilmişdir.
CuInSe
2
-FeSe sisteminin nümunələri yüksək təmizliyə malik elementlərdən sintez edilmişdur. Sintez şaquli sobada
vakuumlaşdırılmış ikiqat ampulalarda 1100
0
C –də 8 saat müddətində aparılmışdır. Xəlitələrin tarazlıq halına gəlmələri
üçün onlar bir ay müddətində 400
0
C-də dəmləmədə saxlanmışdır.
DTA nəticələrinə görə sistemin faza diaqramı qurulmuşdur. Diaqram məhdud həllolma sahəsinə malik evtektik tiplidir.
Müəyyən edilmişdir ki, sistemdə CuInSe
2
-nin aşağıtemperaturlu xalkopirit fazası əsasında həllolma otaq temperaturunda 19
mol% FeSe ə qədər davam edir.
Tədqiq etdiyimiz digər kvazibinar sistem CuInSe
2
- FeIn
2
Se
4
kəsiyi olmuşdur. Sistemin hal diaqramı evtektik tiplidir,
hər iki tərəfdən məhdud həllolma sahəsinə malikdir. Evtektika 900
0
C-də 77 mol% FeIn
2
Se
4
tərkibində kristallaşır. α- bərk
məhlul sahəsi otaq temperaturunda 25 mol% FeIn
2
Se
4
- ə qədər davam edir. FeIn
2
Se
4
əsasında bərk məhlulların sərhədi otaq
temperaturunda 8 mol% CuInSe
2
-yə qədər azalır.
CuInSe
2
-FeSe-In
2
Se
3
sistemində monovariant əyrilərin və nonvariant nöqtələrin koordinatlarını müəyyənləşdirmək
məqsədi ilə kvaziüçlü sistemin yan tərəflərinə paralel olan [0.5CuInSe
2
·0,5In
2
Se
3
] - FeIn
2
Se
4
, [0.5CuInSe
2
·0,5FeSe]-
FeIn
2
Se
4
və [0.5CuInSe
2
·0,5In
2
Se
3
] [0.5CuInSe
2
·0,5FeSe]daxili politermik kəsikləri tədqiq edilmidir.Hər üç sistemin
xəlitələri üçün müvafiq sintez və termiki emal şəraiti təyin edilmiş, nümunələr fiziki-kimyəvi analizin DTA və RFA
metodları ilə tədqiq edilərək faza diaqramları qurulmuşdur.
Tədqiq edilən sistemlərin analiz nəticələrinə əsasən CuInSe
2
- FeSe- In
2
Se
3
sisteminin faza diaqramının otaq
temperaturunda izotermik kəsiyi və likvidus səthinin proeksiyası qurulmuşdur.
|