II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
267
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
Məstan Günər yaradıcılığında şifahi xalq ədəbiyyatı janrlarından olan bayatılarada rast gəlinir.
Gəl,qəbrimi oyat,sən,
Söyləmə ki,o yatsın.
Təbrizə ki,yol oldu,
El mənidə oyatsın
Səməd Vurğun kimi Məstan da poeziyaya xalq şerinin qanadlarında gəlmiş və ömrüboyu Ələsgər, Tufarqanlı kimi
ustadların yolunu davam etdirirdi.Poeziyamızda xalq şerinin,hecalı şerin ən gözəl nümunələrini yaratmışdır.Məstan bir-
birinin ardınca yeni qoşmalar,gəraylılar yazmış və sübut etmişdir ki, “köhnə” havalarda təzə,təravətli söz demək də
mümkündür.Məstan qoşmaları bu gün poeziyamızın sağını,solunu bürüyən minlərlə qoşmalar içində şahanə yerişi,duruşu ilə
seçilir.Təkcə qoşma,gəraylı yazmaqla hünər göstərmək məsələnin bir tərəfi olsa da,amma şeirdə sözlə,bədii təsvir vasitələri
ilə gözəl lövhələr,mənzərələr canlandırmaq məsələnin başqa tərəfidir.
Gendən durub bəh-bəh deyən çoxuydu,
Qaşlar qara,kirpiklər oxuydu.
Dünyamı dar edən,yerim yoxuydu
Dağları sinəmdə sıralayıbsan.
Nümunələrdən görüldüyü kimi,şair şeirlərində məzmunu qafiyəyə deyil,qafiyəni məzmuna tabe tutmağa çalışmışdır.
Şeirlərin də bədii ifadə vasitələrindən dəistifadə etmişdir.Şeirlərin ahəngi səlis,musiqisi oynaqdır.Məstan şeirlərindəyığcam
ifadələrlə dərin məna ifadə etmişdir.
Dostları ilə paylaş: |