- Mətbuatda tez-tez yazılır ki, xəstələrimiz daha çox
müalicə üçün xarici ölkələrə üz tuturlar. Azərbaycanda
səhiyyə sistemi getdikcə inkişaf etdiyi, ən son avadan-
lıqlarla təchiz olunduğu və səriştəli mütəxəssislərin
artdığı bir vaxtda xaricə getməyə ehtiyac varmı?
- Mən həm bir azərbaycanlı mütəxəssis, həm də
Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin
sədri kimi bütün məsuliyyətimlə deyirəm ki, bu gün
ürək-damar xəstəliklərindən ötrü insanlarımızın hər
hansı xarici ölkəyə üz tutmasına ehtiyac yoxdur. Çox şü-
kür ki, bu gün respublikamızda ürək-damar xəstəlikləri
ilə bağlı dünyada mövcud olan bütün diaqnoz və
müalicə imkanları mövcuddur. Bu, təkcə Mərkəzi Klinik
Xəstəxanada deyil, respublikamızın bir çox klinikasında
həyata keçirilir. Bəzi insanlarımızın xarici ölkələrə üz tut-
masına gəlincə, bu, bir həqiqətdir, ancaq sizin fikrinizlə
tam razı deyiləm. Mən 13 ildir Azərbaycanda işləyirəm.
10 və ya 13 il bundan əvvəllə müqayisə etdikdə xarici
ölkələrə üz tutan vətəndaşlarımızın sayında ciddi azal-
ma var. Konkret öz sahəmizə baxdıqda görürəm ki, ürək-
damar xəstəlikləri ilə əlaqədar 10-15 il bundan əvvəl
xəstələrin böyük əksəriyyəti xaricə üz tuturdusa, bu
gün həmin xəstələrin böyük əksəriyyəti respublikamız-
da qalır və başda Mərkəzi Klinik Xəstəxana olmaqla öz
klinikalarımızda müalicə olunur. Bu günə qədər sadəcə
Mərkəzi Klinikada 10 000-dən artıq ürək və damar
əməliyyatları icra etmişik. Bu baxımdan, xaricə üz tutan
xəstə saylarımızda ciddi azalma müşahidə olunur. Ar-
tıq bizim klinikamızda çox sayda xarici ölkə vətəndaşını
əməliyyat edirik. Ürək-damar xəstəliklərindən əməliyyat
etdiyimiz xəstələr arasında ABŞ, İngiltərə, Şotlandi-
ya, Avropa ölkələri, eləcə də Rusiya, İran, Türkiyə və s.
ölkələrdən olan xəstələrimiz olub. Onlar məhz Mərkəzi
Klinik Xəstəxanada əməliyyat olunub və öz ölkələrinə
getmək ehtiyacı hiss etməyiblər.
Dostları ilə paylaş: |