84
Qızılbaşlar düşməni Bidlisədək təqib etdilər. Onlar böyük qənimət
ələ keçirdilər. Bəhram Mirzə əmirlərlə Ərcişə yola düşdü. Oranın
müdafiəçiləri qızılbaşları qalanın qarşısında qarşıladılar.
Qızılbaşların hücumuna davam gətirməyən türklər qalaya çəkilib
sultandan kömək göndərməsini xahiş etdilər. Xondkar buraya Sinan
paşa başda olmaqla qoşun göndərdi. Lakin Budaq xan Qacarın
dəstəsi onları qarşılayarq darmadağın etdi. Sinan paşa və başqa
Osmanlı sərkərdələri ilə birlikdə yüzlərlə türk məhv edildi. Onların
başları Van yaxınlığında olan şaha çatdırıldı. Sinan paşanın həlak
olmasından xəbər tutan Sultan Süleyman öz ordusunun seçmə
hissələrini İbrahim paşanın başçılığı altına keçirdi və Ərcişdə
mühasirədə qalanlara köməyə göndərdi. Lakin qızılbaşlar İbrahim
paşanın göndərdiyi dəstəni də darmadağın etdilər. Bundan sonra
İbrahim paşa qalanın sakinlərini də özü ilə götürərək oranı tərk etdi.
Beləliklə, Van və Ərciş əraziləri şahın əlinə keçdi
44
.
Dostları ilə paylaş: