256
Əfşar tayfası
1) Ən məşhur Əmiraslan sultan Ərəşli idi, böyük qoşunu vardı,
Əhməd Mirzənin lələsi olmuşdur; 2) Xəlil xan – Kuh Giluyə
hakimi, əfşarların 10 minlik evinin (ailəsini) başçısı; 3) Mahmud
Sultan-
Savə hakimi; 4) Yusifqulu Sultan – Yaqub Sultanın qardaşı,
onun yerində Kirman hakimi olmuş, lakin sarayda qalmışdır, II
İsmayılın dövründə qorçibaşı və”dövlətin ali şəxslərindən”
olmuşdur; 5) İskəndər xan – Xəlil xanın qohumu idi, Həzarcəribdə
olmuşdur, Xudabəndənin vaxtında
Kuh Giluyə hakimi idi; 6)
Yegan Sultan – Xorasanın Fərəh və İsfizar əyalətlərinin hakimi; 7)
Xosrov Sultan Kur oğlu Xorasanda olmuşdur.
Qacar tayfası
1) Yusif Xəlifə - Şahverdi Sultan Ziyad oğlunun oğlu idi,
İbrahim Sultanın yerində Qarabağ bəylərbəyisi olmuş, sonra
sarayda qalmışdı; 2) Mirzə Əli Sultan – sarayın mötəbər
əmirlərindən biri, divanbəyi olmuşdur; 3) Əli Xəlifə Ağçalı –
Damğan və Bistam hakimi; 4) Süleyman bəy Ziyadoğlu – Yusif
Xəlifənin və Süleyman Sultan Şəkəm oğlunun qardaşı; 5) Solaq
Hüseyn – Gilanda “ölkə”si var idi.
Təkəli tayfası
1)
Ərdoğlu Xəlifə; 2) Vəli Sultan Şərafəddin oğlu –
Məhəmməd
xanın qohumu, Xorasanda “ölkə”si var idi.
Talış tayfası
257
1) Odövrün böyük əmiri Bayandur xan Astrada idi; 2) Həmzə
Sultan – saray əmiri; 3) Hacı
Üveys sultan; 4) Qara xan –
Çuxursəəddə Şuragöl və Ələşkərt hakimi; 5) Alpaut İbrahim
Xəlifə - Çuxursəəddə “ölkə”si var idi.
Dostları ilə paylaş: