Firuzə Məmmədli
222
illərdən bəri davam edən və tamaşaçını daim televiziyanı sön-
dürməyə məcbur edən, emosionallıqdan uzaq sxematizmin, tə-
rif və təhriflə zəngin quru naturaçılığın hardan gəldiyini, niyə
və necə gəldiyini eşitmək, kadrların seçilməsi, istedad və yara-
dıcılıq prosesləri, bütün bunlara münasibət barəsində filmdə
ürək yanğısı ilə deyilən sərt həqiqətləri dinləmək tamaşaçıya
xoş təsir bağışladı. Bu isə televiziyanı sevdirən, televiziya işçi-
lərinə, yaradıcı kollektivinə inam və etibar yaradan vasitələrdən
olub, filmin müsbət məziyyətlərindən xəbər verir.
Azərbaycan «Telefilm yaradıcılıq birliyinə» uğurlar dilə-
yir və bir daha arzu edirik ki, aşkarlıq mövqeyindən bundan
sonra çəkəcəkləri filmlərdə də öz mübariz mövqelərindən çə-
kilməsinlər.
1986
Seçilmiş əsərləri X
223
DAġKƏND – ĠLĠN DÖVR FƏSLĠ
Daşkənd xoşbət şəhərdir. Xoşbəxtdir ona görə ki, ilin bü-
tün fəsillərini yaşayır. Daha doğrusu bahar-bahar kimi, yay-yay
kimi, payız-payız kimi, qış-qış kimi duyulur Daşkənddə. Daş-
kəndlilər öz geniş, işıqlı, firavan və bu gün daha abad şəhərlə-
rində, mənzillərində ilin dörd fəslini bu dörd fəslə məxsus ən
təbii duyumlarla yaşayırlar.
Nədədir bu fəsilayrılığı duyumları? Bunu müəyyənləşdir-
mək üçün gəlin bir qədər əvvələ, Daşkəndə ilk gəlişimizə qayı-
daq. Şəhərə yenidən həm də ilk dəfə daxil olaq.
Daşkəndə ilkin qədəm basanda adama elə gəlir ki, har-
dasa doğma yerlərin uzaq əyalət şəhərində – rayon mərkəzində-
sən. Bu hissi yaradan dil, zahiri oxşarlıq küçə və evlərin salın-
masındakı bənzəyiş, bir də hələ görmədiyin, hələ tanımadığın,
irəlidə səni heyrətdə qoyacaq, nəhəng, əzəmətli Daşkənddən
bixəbərliyindir.
«1966-cı il zəlzələsindən sonra Daşkənd şəhəri yenidən
qurulmuşdur.» Daşkənd haqqındakı məlumatlarda belə cümlə-
yə tez-tez rast gəlirik. Lakin bu yenidən qurmanın necə, və nə-
dən ibarət olduğunu bilmək üçün Daşkənddə olmaq, onu dərin-
dərin müşahidə etmək lazımdır.
Elə bil ki, Daşkənd əsrlərcə sinəsində daşıdığı iki-üç mər-
təbəli, çiy kərpicdən tikilmiş köhnə binaların acığına belə uca-
uca binalarla göylərə dirənir.
Elə bil Daşkənd ötən əsrlərdən qalma dar, rütubətli küçə-
lərin acığına küçə qollarını geniş-geniş, uzun-uzun, bərli-bə-
zəkli açıb sakinlərin ayağı altına sərib.
Elə bil Daşkənd təbii fəlakətə (1966) meydan oxuyur.
«Bir də gəlsən peşman olacaqsan» deyir. «Mən ayaq üstə daha
möhkəm, daha yenilməz dayanmışam» deyir.
Daşkəndin yeni tikililərində seysmoloji prinsiplərə uyar-
lıq gizli, ilk nəzərdə gözə çarpmayan, ancaq mühəndis-arxitek-
|