İctimai asayişin mühafizə qrupu (postu) polis işçilərindən
və konüllü xalq drujinalarının üzvlərindən yaradılır. Qrupun
rəisi ictimai asayiş xidməti tərəfindən təyin edilir və operativ
cəhətdən toplanış-köçürmə məntəqəsi rəisinin tabeliyində olur.
Qrup məntəqədə və
yüklənmə stansiyasına gedən yollarda icti-
mai asayişin ve təhlükəsizliyin təmin edilməsinə tam cavab-
dehdir.
Toplanış-köçürmə məntəqəsinin komendantı məntəqəyə
yazılmış müəssisələrin, təşkilat və idarələrin rəhbər heyətindən
təyin olunur və köçürmə məntəqəsinin rəisinə tabe olur. O,
məntəqəni telefon, radio, lazımi avadanlıq və su ilə təmin et-
məli, nəqliyyata minməyə kömək edən qrup üçün adamlar ayır-
malı, adamların mühafizəsi üçün əvvəlcədən tədbirlər nəzərdə
tutmalıdır.