33
içərisindən sürətlə keçdikdə onları parçalayır, müsbət və mənfi
ionlara ayırır. Həmin ionlar buludun müxtəlif sahəsinə yığıldıq-
da qüvvətli elektrik sahələri əmələ gəlir. Bir buludun müsbət
(və ya mənfi) qütbü ilə digər buludun mənfi (və ya müsbət)
qütbü və ya yer arasında gərginlik müəyyən həddə çatanda ha-
vada deşilmə baş verir. Bu zaman buludda olan müsbət yüklər
yerə, yerdə olan mənfi yüklər isə buluda tərəf axmağa başlayır.
Sürətli axın zamanı güclü parıltı (şimşək) görünür və gurultu
səsi eşidilir. Gurultu havanın sürətli genişlənməsi və partlayışı
nəticəsində baş verir. Boşalmada cərəyanın şiddəti 10-20 min
amperə qədər, gərginlik isə 150 milyon voltdan artıq ola bilir.
İldırım çaxan zaman binaların başına çıxmaq, tək ağacın,
elektrik naqillərinin, dirəklərinin yanında dayanmaq, dənizdə
çimmək, qayıqda oturmaq olmaz.
Dostları ilə paylaş: