Kitabın adı: Aqrar sahədə mülki müdafiə


partladılmışdır.  İkinci  6  avqustda  Xirosimaya  (“Körpə”adlı



Yüklə 2,46 Mb.
Pdf görüntüsü
səhifə42/132
tarix30.12.2021
ölçüsü2,46 Mb.
#21119
növüDərs
1   ...   38   39   40   41   42   43   44   45   ...   132

partladılmışdır.  İkinci  6  avqustda  Xirosimaya  (“Körpə”adlı 
bomba),  üçüncüsü  isə  9  avqustda  Naqasakiyə  (“Gombul”  adlı 
bomba  )  atılmışdır.  Nüvə  silahının  partlayış  gücü  trotil 


 
47 
ekvivalenti  ilə  xarakterizə  edilir.  Trotil  ekvivalent-partlayış 
enerjisi  bu  nüvə  sursatının  partlaması  nəticəsində  alınan 
enerjiyə bərabər (ekvivalent) adi  partladıcı  maddənin  (trotilin) 
tonla  miqdarına  deyilir.  Müxtəlif  nüvə  sursatlarının  gücü  bir 
neçə milyon tona (meqatona) qədər olur. Nüvə  partlayışı həm 
zədələyici  təsirinin  gücünə,  həm  də  müxtəlif  amillərin  zərərli 
təsirinə  görə  adi  döyüş  sursatlarından  fərqlənir.  Nüvə  silahını 
hədəfə  çatdırmaq  üçün  müxtəlif  növlü  raketlərdən, 
təyyarələrdən, sualtı qayıqlardan, gəmilərdən, habelə artilleriya 
toplarından istifadə etmək mümkündür. Tətbiq məqsədindən və 
basqın  hədəfinin  xarakterindən  asılı  olaraq  nüvə  silahı 
kosmosda, havada,  yerdə,  yeraltında, suda və sualtında partla-
dıla bilər. 
Nüvə partlayışı nəticəsində müxtəlif zərərli təsirlər meyda-
na çıxır. Bunlara nüvə partlayışının zədələyici amilləri deyilir. 
Onlar aşağıdakılardır: 
- zərbə dalğası;  
- işıq şüalanması; 
- nüfuzedici radiasiya
- yerin radioaktiv zəhərlənməsi
- elektromaqnit impulsu. 
Nüvə partlayışı enerjisinin təqribən 50%-i zərbə dalğasının, 
35%-i işıq şüalanmasının, 4%-i nüfuzedici radiasiyanın, 10%-i 
yerin radioaktiv zəhərlənməsinin və 1%-i elektromaqnit impul-
sunun  yaranmasına sərf  olunur.  İndi  isə nüvə silahının zədələ-
yici amillərini nəzərdən keçirək. 
Zərbə dalğası- partlayış mərkəzindən hər tərəfə çox yüksək 
(səsdən iti) sürət lə yayılan çox güclü sıxılmış hava (torpaq və 
su)  qatından  ibarətdir.  Zərbə  dalğasının  zədələyici  təsirini  xa-
rakterizə edən əsas parametrlər dalğanın ön həddindəki (cəbhə-
sindəki)  izafi  təzyiq  (P
f
),  dalğanın  sürət  təzyiqi  (P
sür
)  və  izafi 
təzyiqin təsir müddətidir. 

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin