Kitabın adı: Aqrar sahədə mülki müdafiə


Partlayışın  bu  zədələyici  amilini  digər  amillərdən  fərqlən-



Yüklə 2,46 Mb.
Pdf görüntüsü
səhifə47/132
tarix30.12.2021
ölçüsü2,46 Mb.
#21119
növüDərs
1   ...   43   44   45   46   47   48   49   50   ...   132

Partlayışın  bu  zədələyici  amilini  digər  amillərdən  fərqlən-
dirən: zəhərlənmiş geniş sahələri əhatə etməsi, uzun müddət tə-
sir  göstərməsi,  çətin  aşkar  olunması,  qeyri-sabit  xarakteri,  ra-
dioaktiv maddələrin fasiləsiz olaraq parçalanması sayəsində zə-
hərlənmiş  ərazinin  ölçülərinin  müəyyən  müddət  ərzində  azal-
masıdır. 
Müəyyən müddətdən sonra radiasiyanın səviyyəsi tədricən 
azalır: bu, radioaktiv maddələrin öz-özünə parçalanıb qeyri-ak-
tiv  maddələrə  çevrilməsi  nəticəsində  baş  verir.  Radioaktiv 
maddələrin  heç bir xarici  əlaməti (rəngi,  iyi  və s.)  yoxdur, zə-
hərlənməni ancaq xüsusi doza ölçən (dozimetrik) cihazlar vasi-
təsilə  aşkar  etmək  mümkündür.  Ərazinin  zəhərlənmə  dərəcəsi 


 
53 
radiasiyanın səviyyəsi (yəni gücü) ilə xarakterizə edilir və rent-
gen - saatla (R/s) ölçülür. 
Adamları  radioaktiv  zəhərlənmələrdən  mühafizə  etmək 
üçün onları ümumi xarici şüalanmadan qorumaq, həm də radio-
aktiv maddələrin dəri səthinə, burunun, gözlərin selikli qişaları-
na  düşməsinin  və  hava,  ərzaq,  su  ilə  orqanizmə  keçməsinin 
qarşısını  almaq  lazımdır.  Bu  məqsədlə  radiasiya  əleyhinə  dal-
dalanacaqlardan, sığınacaqlardan istifadə olunur. Fərdi mühafi-
zə vasitələri (əleyhqaz, respirator, tozdan qoruyan parça maska, 
habelə pambıqlı tənzif sarğı) tənəffüs üzvlərini zəhərlənmədən 
etibarlı  surətdə  qoruyur.  Bədənin  səthini  adi  paltarlarla  da 
mühafizə etmək mümkündür. 

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin