Bakterioloji şəraitin qiymətləndirilməsi. Düşmənin bakte-
rioloji silah tətbiq etməsi nəticəsində yaranan şəraitə bakterio-
loji şərait deyilir. Bakteroloji şəraiti adamların, heyvanların,
ərazinin, təsərrüfat obyektlərinin bakterioloji zəhərlənməsi
miqyasını və dərəcəsini aydınlaşdırmaq, bakterioloji vasitələrin
mülki müdafiə dəstələrinin xilasetmə və digər təxirəsalınmaz
işlərinə, həmçinin əhalinin kənd təsərrüfatı işlərinin aparılma-
sında göstərdiyi fəaliyyətinə təsirini müəyyən etmək üçün qiy-
mətləndirirlər. Bakterioloji şərait adamların, heyvanların, bitki-
lərin və sairənin mühafizəsini vaxtında təşkil edən tədbirləri
həyata keçirmək üçün də qiymətləndirilir.
Qeyd etmək lazımdır ki, bakterioloji zəhərlənmə ocağını
şəhər, rayon, respublika miqyasında ləğv edirlər. Lakin kənd
təsərrüfatı rəhbərləri, qərargahlar, dəstələr bakterioloji zəhər-
lənmə ocağının ləğvində bilavasitə iştirak edir.
Bakterioloji şəraitin qiymətləndirilməsinə aşağıdakılar aid-
dir: bakterioloji zəhərlənmə rayonunun sərhədini təyin etmək;
torpaqdan istifadəetmə planına və ya ümumi vəziyyət sxeminə
zəhərlənmə rayonunu köçürmək; karantin rejimini dəqiqləşdir-
70
mək; xüsusi təmizliyin aparılması üçün kənd təsərrüfatı isteh-
salı obyektlərini təyin etmək; həmçinin müalicə-profilaktik təd-
birləri qaydalarını və həcmini müəyyənləşdirmək. Zəhərlənmə
ocağının sərhədlərini tibb və baytar kəşfiyyatları təyin edir, on-
ları ərazidə nişanlayır və lazımi məlumatları plana və ya xəritə-
yə köçürürlər.
Düşmənin bakterioloji silahının təsirinə məruz qalmış ra-
yonda hakimiyyət orqanları xüsusi rejim – karantin yaradırr və
həmin rayona gediş-gəliş qadağan edilir. Karantin – bakterial
yoluxma ocağını təcrid etmək, xəstəliklərin yayılmasının qarşı-
sını almaq və aradan qaldırmaq məqsədilə yerinə yetirilən, epi-
demiya rejimli profılaktika tədbirlər sistemidir. Karantin döv-
ründə əhalinin vəzifəsi qoyulmuş qaydaya ciddi riayət etmək-
dir. Yadda saxlamaq lazımdır ki, bütün tədbirlər adamların hə-
yatını və sağlamlığını mühafızə etmək üçün görülür.
Karantin şəhər, rayon (respublika) mülki müdafiə rəisinin
qərarı ilə qoyulur, obyektin rəhbəri ərazisində yaranmış bakte-
rioloji ocağı ləğvetmə işlərini təşkil edir. Burada zəhərlənmə
ocağını ayırmaq üçün aparılan rejim tədbirlərinə və lazımi sani-
tar-gigiyena, epidemiya əleyhinə tədbirlərin keyfiyyətli aparıl-
ması üçün kənd təssərüfatı işlərinin təşkilinə xüsusi diqqət yeti-
rilməlidir. Kənd təsərrüfatı istehsalının obyektlərini xüsusi tə-
mizliyin aparılması üçün kəşfiyyat məlumatları və laboratoriya
nəzarəti əsasında ayırırlar. Xüsusi təmizliyi birinci növbədə
adamlar, heyvanlar, tövlələr və bitkilər keçirlər. Bu iş üçün
dəstələr ayrılır, işin yerinə yetirilməsi qaydaları qoyulur, həm-
çinin maşın və xüsusi dezinfeksiya vasitələri ayrılır.
Müalicə- proflaktik tədbirlərin aparılması lazım gələrsə,
aşağıdakılara xüsusi diqqət yetirilir: əhalidə tibbi müşahidələrin
fasiləsiz aparılmasını və kənd təsərrüfatı heyvanlarında baytar
müşahidəsini təşkil etmək; yoluxucu xəstələri və şübhəliləri
tapmaq, onları ayırmaq, hospitala qoymaq və müalicə etmək;
əhalinin və heyvanların təcili profilaktikasını (antibiotiklərlə və
başqa xüsusi dərmanlarla) təşkil etmək; qoruyucu peyvəndlər
71
vurmaq.
|