5.7. Heyvandarlıq tikililərində heyvanların mühafizəsi
Heyvanların mühafizəsi üçün təsərrüfatda olan heyvandar-
lıq tikililərindən istifadə olunur. Bu məqsədlə tikililərdə lazımi
hazırlıq işləri görülməlidir. Əgər yaşayış sahəsinin nüvə partla-
yışlarının təhlükəli və ya fövqəl təhlükəli zəhərlənmə zonasına
daxil olması ehtimal olunursa, onda heyvandarlıq tikilisi-nin
qamma süalarına qarşı müqavimətini artırmaq üçün 60-70 sm
kənardan hündürlüyü 140-150 sm olan hasar çəkilir və aralıq
hissə torpaqla doldurulur.
Yanğın təhlükəsinin aradan qaldırılması üçün tikilinin ətra-
fı quru otlardan və yanğına meyilli materiallardan təmizlənir və
perimetr boyunca torpaq şumlanır. Tikilinin 20-30 metr ətrafın-
da yanğın söndürmə vasitələri olan lövhə yaradılır.
Tikili daxilində 5-7 sutkalıq yem ehtiyatı yaradılır. Əgər ti-
kili mərkəzləşdirilmiş su təminatına malik deyilsə, onda həmin
müddət üçün tutumlarda su ehtiyatı da yaradılmalıdır. Daxilin-
də yem ehtiyatının saxlanılması üçün tikili divarına bitişən tax-
ta lövhələrdən ibarət, tolla örtülmüş yer düzəldilir.
Sutkalıq yem və su ehtiyatının minimal həcmi aşağıdakı ki-
midir: iribuynuzlu heyvanlar üçün 5-6 kq və ya 4-5 kq ot kütlə-
si və ya 1-2 kq yem qarışığı, 20-30 l su; buzov, keçi və qoyun-
lar üçün 0,5-1 kq ot kütləsi, 1-2 l su. Rasiondan duz çıxarılır.
Böyük tutumlu heyvandarlıq komplekslərində uzunmüd-
dətli saxlanan heyvanlara qulluq və sağım məqsədi ilə tikilinin
daxilində minimal sayda insanlar yerləşdirilir. Bu zaman aşağı-
109
dakı normativə əməl olunmalıdır: qulluq üçün tək-3 nəfər, 150-
200 baş sağlam heyvan üçün 4-5 nəfər, fərdi təsərrüfatlarda
saxlanan heyvanların sayı az olduğundan qulluq və sağım təyi-
natları birləşdirilir və daxildə 1 nəfər insan yerləşdirilir.
İnsanların tikili daxilində mühafizəsinin təmin olunması üçün
minimal istirahət şəraiti yaradılır.
Ventilyasiya ilə avadanlıqlaşdırılmış müasir heyvandarlıq
kompleksləri və quşçuluq fabriklərində zəhərli hava kütləsinin
qarşısının alınması məqsədi ilə hava çəkici yerlərdə süzgəc yer-
ləşdirilir. Süzücü material kimi aktivləşdirilmiş kömürdən,
xüsusi parçadan istifadə etmək mümkündür. Bundan əlavə,
tikililər ventilyasiya sisteminin işlədilməsi, mexanikləşdirilmiş
işlərin icrası məqsədi ilə (sağım aparatlarının, yem və suyun
verilməsi mexanizminin işlədilməsi və s.) ayrıca elektrik ener-
jisi mənbələrinə malik olmalıdır. Elektrik mənbələrinin gücü
tələb olunan səviyyədə olmadıqda istehsalat proseslərinin yeri-
nə yetirilməsi üçün olan qurğuların işlədilməsinin ardıcıllıq
qrafiki tərtib olunur.
Yaxşı hazırlanmış heyvandarlıq tikilisi tikilinin tipindən
asılı olaraq radioaktiv maddələrin miqdarını 130-300 dəfə, zə-
hərləyici kimyəvi maddələrin miqdarını isə 40-60 dəfə azalda
bilir. Kərpicdən inşa olunmuş tikililərdə radiasiya 10-15 dəfə,
taxta tikililərdə isə 3-5 dəfə zəiflədilir. Heyvanların tikililərdə
qapalı şəraitdə uzunmüddətli saxlanması zamanı mikroiqlimin
dəyişməsi cədvəldə göstərilmişdir.
Aparılan tədqiqatlar nəticəsində məlum olmuşdur ki, tem-
peratur və nəmliyin yüksəlməsi iri və xırda buynuzlu heyvanla-
ra mənfi təsir göstərir. +30
º
C temperatur və 98-100% nisbi
nəmlik şəraitində karbon qazının buraxıla bilən həddi inəklər
üçün 6-7%, qoyunlar üçün 8% təşkil edir.
Qapalı və isti şəraitdə heyvanların saxlanılmasının davam-
lılığı ətraf mühitdəki temperaturdan, nəmlikdən, küləyin sü-
rətindən və tikilidəki hava həcmindən asılıdır. Temperatur aşa-
ğı, küləyin sürəti yüksək olduğunda heyvanlar qapalı şəraitdə
110
daha uzun müddətli saxlanıla bilər.
Cədvəl 6
Heyvandarlıq tikintisində bağlanmış pəncərə, qapı və
ventilyasiya boruları şəraitində mikroiqlim göstəriciləri
Sınaq vaxtı
Tikilidəki
temperatur,
º
C
Nisbi
nəmlik,
%
Tikili daxilindəki
havada olan miqdar
karbon
qazı, %
ammoniyak
, mq/l ha
Tikili bağlanmamış-
dan əvvəl
15
94
0,2
0,022
Bağlandıqdan sonra:
3 saat
6 saat
12 saat
14 saat
15 saat
20 saat
24 saat
19
20
22
22
21
21
22
95
95
100
100
100
100
100
0,6
1,14
4,77
7,36
6,3
6,5
6,89
0,204
-
-
-
-
0,218
-
Dostları ilə paylaş: |