Bəs vaxtından əvvəl doğulan uşaqların sağ qalma ehti-
malı nə qədərdir?
- Təbii ki, bu, bir statistikadır. Dediyim kimi, uşaq nə
qədər vaxtından erkən doğularsa, bir o qədər fəsad vermə
ehtimalı yüksəkdir. İl ərzində orta hesabla 450-500 yeni do-
ğulan usaq klinikanın uşaq reanimasiyası şöbəsindən keçir.
Keçən il 130 uşaq vaxtından əvvəl doğulmuşdu və onların
çəkiləri 1500 qramdan aşağı idi. Keçən il vəziyyətdən çıxar-
dığımız ən balaca uşağın çəkisi 500 qram, hestasiya yaşı
25 həftə 5 günlük idi. 9 uşağımız var idi ki, onların çəkiləri
630-700 qram idi. Onların içərisində 9-u yaşayır, yalnız 1
uşağı həyatda saxlaya bilmədik. Dinamik müşahidələrdə
də o uşaqların heç bir fəsad almadığını görürük. Onların
görmə, eşitmə funksiyaları yoxlanılır, sinir sistemlərinə
diqqət yetirilir, reabilitasiyaları aparılır. Onlar öz yaşıdla-
rından ciddi fərqlə geri qalmırlar. Həmin uşaqların psixo-
loji və fiziki inkişafları normaldır. Bir yaşına qədər onlarda
müəyyən geriqalmalar müşahidə etsək də, bir yaşdan son-
ra digər uşaqlarla bərabərləşirlər.
Dostları ilə paylaş: |