və Q.Q.Matiçevə görə (1996) biotik faktorlar bir orqanizmin həyat fəaliy-
20
yətinin digər orqanizmlərin həyat fəaliyyətinə təsirinin məcmusu olmaqla
yanaşı, həm də cansız mühit məkanına təsiridir. Cansız mühitə təsir dedikdə,
orqanizmlərin özlərinin müəyən dərəcədə mövcud olduğu şəraitə təsir etmə
qabiliyyəti başa düşülür. Məsələn, meşədə bitki örtüyünün təsiri altında
xüsusi mikroiqlim və ya mikromühit yaranır, bura açıq sahəyə nisbətən
özünəməxsus temperatur-rütubətlilik rejiminə malik olur: qışda burada
havanın temperaturu bir neçə dərəcə isti, yayda isə sərin və rütubətli olur.
Ağacın koğuşunda, yuvalarda, mağaralarda da xüsusi mikromühit olur.
Qarın altındakı mikromühiti xüsusi qeyd etmək lazımdır, buranın
mühiti sıfır abiotik təbiətə malikdir. Biotik faktorlar 3 əsas səbəbdən yara-
nır: 1) qida əlaqəsi; 2) məkan əlaqəsi; 3) reproduktiv əlaqə. Qida əlaqəsi növ
daxilində sahəyə görə, reproduktiv əlaqələr isə növ daxilində daha çox təsir-
lidir. Unutmaq olmaz ki, biotik əlaqələrin qanunauyğunluqları təbii sistem-
lərə aiddir, onlar süni şəraitdə məcburiyyət qarşısında qalıb pozula bilər.
Canlı aləmdə gedən təbii seçmə ilə ekoloji şərait arasında sıx əlaqə vardır.
(cədvəl 1.1.) Ada dovşanı populyasiyasını misal göstərmək olar.
Cədvəl 1.1
Dostları ilə paylaş: