Seçmə aşıq şeirləri
140
SƏMƏD VURĞUN
(1906 - 1956)
AZƏRBAYCAN
(şeirdən bir parça)
Çox keçmişəm bu dağlardan,
Durna gözlü bulaqlardan;
Eşitmişəm uzaqlardan
Sakit axan Arazları;
Sınamışam dostu, yarı...
El
bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən,
Anam, doğma vətənimsən!
Ayrılarmı könül candan?
Azərbaycan, Azərbaycan!
Mən bir uşaq,
sən bir ana,
Odur ki, bağlıyam sana;
Hankı səmta, hankı yana,
Hey uçsam da yuvam sənsən,
Elim, günüm, obam sənsən!
Fəqət səndən gen düşəndə,
Ayrılıq
məndən düşəndə,
Saçlarıma dən düşəndə,
Boğar aylar, illər məni,
Qınamısan ellər məni…
Dağlarının başı qardır,
Ağ örpəyin buludlardır.
Böyük bir keçmişin vardır,
Bilinməyir yaşın sənin,
Nələr çəkmiş başın sənin.
141
Düşdün uğursuz dillərə,
Nəs aylara,
nəs illərə;
Nəsillərdən nəsillərə
Keçən bir şöhrətin vardır;
Oğlun, qızın bəxtiyardır...
Hey baxıram bu düzlərə,
Ala gözlü gündüzlərə;
Qara xallı ağ üzlərə
Könül
istər şeir yaza,
Gəncləşirəm yaza-yaza...
Dostları ilə paylaş: