Азярбайжан Республикасы Тящсил Назирлийи


Zülalların  hüceyrədə  rolu



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə35/126
tarix30.12.2021
ölçüsü5,32 Mb.
#22475
1   ...   31   32   33   34   35   36   37   38   ...   126
Zülalların  hüceyrədə  rolu.  Zülalların  hüceyrədə 
çoxcəhətli  və  çox  böyük  rolu  vardır.  Birinci  növbədə 
onların biokatalizator rolunu qeyd etmək lazımdır. Belə 
ki,  hüceyrədə  gedən  əksər  kimyəvi  reaksiyaların  sürəti  
çox  zəifdir  (ion  reaksiyalarından  başqa).  Reaksiyaların 
sürəti  reaksiyaya  girən  maddənin  təbiətindən  və  onun 
miqdarından  asılıdır  (kütlələrin  təsiri  qanunu). 
Hüceyrədə  isə  maddələrin  miqdarı  məlum  olduğu  kimi 
çoz azdır. Əgər hüceyrədə reaksiyaların sürəti kütlələrin 
təsir  qanununa    tabe  olsa  idi,  onda  hüceyrədəki 
reaksiyalar sonsuz dərəcədə yavaş getməli idi. Onda isə 
hüceyrə  özünə  xas  vəzifələri  yerinə  yetirə  bilməzdi. 
Lakin  bu  belə  olmur,  ona  görə  ki,  hüceyrədəki  zülal-
fermentlər  (enzimlər)  reaksiyaların  sürətini  ağlasığmaz 
dərəcədə    sürətləndirir.  Sadə  bir  misal  hidrogen 
peroksidin  su  və  oksigenə  parçalanması  reaksiyasını 
2H
2
O
2
=2H
2
O+O
2
 
katalaza 
fermenti 
10
11
 
dəfə 
sürətləndirir. Eləcə də demək olar ki, hüceyrədə hər bir 
reaksiya  öz  fermenti  vasitəsilə  kataliz  olunur.  Əgər 
nəzərə  alsaq  ki,  hər  bir  hüceyrənin  özünə  xas 
biokimyəvi  reaksiyaları  məcmusu  var  (sinir  hüceyrəsi 


 
100 
üçün  bir  cür,  qara  ciyər  hüceyrəsi  üçün  başqa  cür,  yağ 
toxuması  hüceyrələri  üçün  ona  xas)  onda  hüceyrənin 
bütün  həyat  fəaliyyəti  proseslərinin  həmin  hüceyrədəki 
ferment  dəsti  ilə  sıx  əlaqəsi    olmasını  görmək  çətinlik 
törətməz. Kimyəvi   cəhətdən fermentlər ferment təbiəti  
olmayan    zülallardan  heç  nə  ilə  fərqlənmirlər.  “Bəs  nə 
üçün  müəyyən  zülallar  ferment    xüsusiyyəti  daşıyır, 
digərləri  isə  bu  xüsusiyyəti  daşımır?”sualının  cavabı 
hələ məlum deyil. 
Bir sıra maddələri parçalayan fermentlərin molekul 
çəkisi  parçaladığı    maddə  molekulundan  və  onun  
çəkisindən  xeyli  iri  olur.  Məsələn,  Ureaza  fermentinin 
molekul  çəkisi  60000    Da,  onun    parçaladığı  sidik  
cövhərinin  molekul  çəkisi  isə  1000  dəfə  ondan  azdır. 
Katalaza fermentinin molekul çəkisi  250.000 Da, onun 
parçaladığı  hidrogen  peroksidinin  molekula  çəkisi  isə 
34-dür.    Fermentin  və  onun  parçaladığı  maddənin 
ölçüsünün bu cür nisbəti  belə fikir irəli sürməyə səbəb 
olur  ki,  ferment  öz  molekulunun  bütün  səthi  ilə  deyil, 
hər hansı kiçik bir hissəsi ilə parçalanmada  iştirak edir. 
Fermentin  həmin  sahəsinə      fermentin  fəal  mərkəzi 
deyilir  (şəkil  30).  Zülalın  funksiyalarından  biri  onun 
siqnal  funkisiyasıdır.  Tədqiqatçılar  göstərmişdir  ki, 
xarici  mühit    amilləri  –  temperatur,  işıq,  şüa,  mexaniki 
və  s.  zülalların  strukturu  və  s.  xassələrində  dönən 
dəyişkənliklər  yaradırlar.  Bu  dəyişkənliklərə    müvafiq 
olaraq hüceyrədə  hüceyrədaxili  kimyəvi  reaksiyalar işə 
düşür  və  onlar  xarici  və  daxili  amillərin  reaksiyalarına 
qarşı  cavab    reaksiyası  verirlər.  Beləliklə,  zülallar 


 
101 
hüceyrədə  bu  cür  xarici  və  daxili  mühitdən  gələn 
siqnalları qəbul edərək ona cavab göndərirlər. 
  
 
 
 
 
Şəkil 30. Fermentin fəal mərkəzi.  
              a. ferment və substrat, b

ferment-substrat kompleksi
              c. ferment +məhsul  
 
Zülalların 
daha 
bir 
funksiyası 
nəqliyyat 
funksiyasıdır.  Qan  zülalı  hemoqlobin  oksigeni  özünə 
birləşdirir  və  onu  bütün  toxumalara  daşıyır.  Zərdab 
zülalı lipoidləri özünə birləşdirir və daşıyır.  
Orqanizmə  yad  maddə  və  ya  hüceyrə  daxil 
olduqda  onda  anticism  adlanan  zülal  sintez  edilir. 
Bunlar  yad  maddəni  zərərsizləşdirir.  Bu  halda  zülallar 
müdafiə  funksiyasını  yerinə  yetirmiş  olurlar.  Zülalların 
enerji  mənbəyi  kimi  də  böyük  rolu  var.    1qr    zülal 
parçalananda  17,6 kC/4,2 kkal/ enerji ayrılır. Bu enerji 
hüceyrədə  ATP  (adenizin  trifosfor  turşusunun) 
sintezində istifadə  edilir. Sonradan isə hüceyrənin həyat 


 
102 
fəaliyyəti  proseslərinin  yerinə  yetirilməsində  istifadə  
olunur. 
Zülalların  funksiyalarından  biri  də  onun  hərəkət 
funksiyasıdır.  Hüceyrələrin  və  orqanizmlərin  bütün 
hərəkət  növləri-ali  heyvanlarda  əzələlərin  hərəkəti, 
ibtidailərdə  kirpik  və  qamçıların  hərəkəti,  bitkilərin 
hərəkət  reaksiyaları  (küsdüm  otunda,  şeh  bitkisində) 
onlardakı  zülal  molekulları  ilə  əlaqədardır.  Bu  zülallar 
ATF-lə  təmasda  olduqda  onu  parçalayır,  özləri  isə 
qısalırlar.  ATF-nin  parçalanmasından  alınan  enerji 
mexaniki enerjiyə çevrilir və hərəkət baş verir. 
Nəhayət  zülalların  əsas  funkisalarından  biri  də 
onların inşaat funksiyalarıdır. Belə ki, hüceyrə və onun  
quruluş  vahidlərinin  qurulmasında    zülal  molekulunun 
çox böyük rolu var.  Hüceyrə membranı, hüceyrə daxili 
membranlar, orqanoidlər, xromosomlar və s. tərkibində 
zülal  var.  Gözün  buynuz  qişası,  qan  damarları,    qanın 
fibrinogeni, saçlar və s. zülal təbiətlidir. 

Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin