I pərdə 1-ci şəkil Pərdə açılır, hadisə vaqe olur Bakı şəhərində. 1993-cü il, soyuq qış günü, şimal küləyi küçələrdə at oynadır. Nicat zavodda iş yerini itirəndən sonra bütün ümidini itirmiş, səhərdən axşamadək Bakının küçələrində dolaşıb indi evə qayıdır. Qapının düyməsini basır və qapını həyat yoldaşı Səba açır. SƏBA /əsəbi/ Hardasan? Unutdun evi də daha,
Bir tikə çörək yox, vallah sabaha.
Uşaqlar acından saralıb, solub,