(zabit Suzannanın dodaqlarından öpür…) Suzanna Yaralı köksünə mən özüm qurban,
Sənə müjdə verim izin ver bir an.
Söylə, mükafatım sonda nə olar?
Bu işdə bəndənə nə bəxşiş qalar?
(Baş zabit bir az kefli mizin siyirməsini çəkir, orda bir xeyli zinət əşyaları bərq vururdu, o göz oxşayan altunların içindən qızıl bir saatı əlinə alır və özü Suzannanın qoluna salır. O, təkəbbürlü) Dünən türk qızını gəbərtdim burda,
Cəsədin tullatdım meşədə qurda!
Öncə iynə vurub, gecə kef etdim,
Kefim istəyəntək kamıma yetdim,
Qızları pak çıxır bu batmışların…
Qoynuna qoymuşdu altunun, varın.
Əvvəl danışmırdı o heç bir ağız,
İynə vuran təki bülbül oldu qız.
Demə, nişan olmuş ona keçən ay…