Nazan (son dərəcə sərxoş) Ah, Sultan ömürlük mənim olmalı,
Mənimlə bir evdə hər dəm qalmalı.
Ya sona yetirmək bu qeylü-qalı,
Tükənib canımın qüssədən halı.
(şərabla dolu qədəhi Sultanın ayaqları altına atır…) Sultan (qəzəblə ayağa qalxır) Sərvətim, dövlətim bəs etmir sənə,
Əvəzində budur yaxşılıq mənə?
Nə sevgi, məhəbbət ağılsız qadın?
Soyumda çatmayır o pozğun adın?
Qadınlar heç zaman bilməz yaxşılıq,
Bircə anlıq kefi, ya bir xoş qılıq…
Sevginin adına yazar o saat,
Budur, aman Allah, qadınlı həyat!..
pərdə örtülür