337
Сечмяляр (шеирляр)
Hər xeyir əməli sanaraq uca,
Rəvayət danışdı mənə bir qoca.
Dedi, Qazi vardı bir məmləkətdə,
Tapdı
xeyir işi o, bərəkətdə.
hər cümə axşamı verdi xeyirat,
O günü aclara olsun xoş həyat.
Qazanlar asıldı, süfrə açıldı,
Üzlərdən, gözlərdən şəfəq saçıldı.
Hər cümə axşamı yeyildi ehsan,
Fəqir-füqarəyə verildi xoş an.
Doydu ac qarınlar isindi canlar,
Razılıq eylədi Qaziyə onlar.
Bir cümə axşamı şər qarışan vaxt,
Bir ac yolçu döydü qapını bivaxt.
Xeyirat verilib süfrə yığılıb,
Artıq camaat da təmam dağılıb.
Qazinin
əmriylə gəldi qulluqçu,
Yolçuya «gecikdin» dedi, dilucu.
Qapıdan peşiman qayıdan acın,
Kimsə ödəmədi aclıq əlacın.
Yolçu kor-peşiman qayıdıb getdi,
Qazinin bu işi Tanrıya yetdi...
Həmin məmləkətdə bir zina qadın,
Çoxdan batırmışdı öz təmiz adın.
Nəlayiq yollarla pul qazanardı,
Camaat pis adla onu anardı.
O bir gün faytonla keçdiyi zaman,
Yolun kənarında gördü bircə an.
Bir ana üç uşaq dayanıb durub,
O yazıq səfillər boynunu burub.
Əl açıb durublar faytona sarı,
Artıq şər qarışıb günbatan yarı.
Həmin an faytonu qadın saxlatdı,
Özünü faytondan tez yerə atdı.
Oturdub acları yanında qadın,
Tanrı dərgahında ucaltdı adın.
Götürüb evinə gəldi, onları,
338
Ширин Ханым Кяримбяйли Шадиман
Bir az qoy isinsin o ac canları.
Yedirib
doydurdu hey səfilləri,
O talesizləri, o tifilləri!
Evində yer verdi aclara gecə,
Sanki mələk oldu o qadın necə.
Ötüşdü zülmətlər,
gəldi xoş sabah,
Yoxsul ürəyindən yox olmuşdu ah.
O təzə pal-paltar verdi aclara,
Səadət bəxş etdi naəlaclara.
Düyünçəyə yığdı pulu, zinəti,
Artdı ac qadının min qat heyrəti?!
Dedi ki, mən bəxşiş verirəm sənə,
Ehtiyacın olsa dönərsən yenə.
Yolçular duayla tərk etdi onu,
Hər bir yaxşılığın xeyirdir sonu!...
Elə
zaman gəldi bir fateh kimi,
Əzrayıl onların oldu hakimi.
Qazi də, qadın da dünyadan köçdü,
Torpağın üstündə dünya da köçdü!...
Sorğu-sual günü gəlib yetişdi,
Qazi cəhənnəmin içinə düşdü.
O zinalıq edən yetdi cənnətə,
Tanrının əliylə çatdı hörmətə.
Qazi sual etdi: «Günahım nədir?
İlahi bu qədər mənə zülm edir!
Mən ki, ömrüm boyu acların şamı,
Süfrəm açıq olub cümə axşamı.
O ki, zinalıqda çıxardıb adın,
Cənnətə düşməli indi o qadın?»
Gəldi İlahidən bir şahanə səs:
«Yolçunu qovduğun günah deyil bəs?
Sən
heçə endirdin etdiklərini,
Boş yerə sərf etdin alın tərini.
O zinalıq edən qadınsa o gün,
Açdı bədbəxtlərin bəxtindən düyün.
O ac yetimlərə verdi varından,
Qopardı onları aclıq darından.
339
Сечмяляр (шеирляр)
Səvaba yetməyin quyusu dərin...
O özü qazandı cənnətdə yerin!»
Qoca rəvayəti yetirdi sona,
Mən də qulaq asdım heyrətlə ona.
Sonra hekayəti könlümə saldım,
Tanrının hökmüylə qələmə aldım.
Dostları ilə paylaş: