Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri 32
www.elkhan-suleymanov.az Seneqalın paytaxtı Dakar şəhərində İKT Dövlət və Hökumət
Başçılarının 13-14 mart 2008-ci ildə keçirilmiş XI zirvə görüşündə
İKT-nın ikinci və hal-hazırda qüvvədə olan Nizamnaməsi qəbul
olunmuşdur. Bu Nizamnamə 18 fəsildə 39 maddə birləşdirir.
İKT Nizamnaməsinin 1-ci fəslin 1-ci maddəsinin 4-cü bəndində,
Azərbaycanın səyləri nəticəsində işğal altında olan dövlətlərin
öz ərazi bütövlüyünü bərpa etməsi hüququnun üzv dövlətlər
tərəfindən birmənalı dəstəklənməsi barədə müddəa təsbit
edildi. Bu isə, öz növbəsində, ölkəmiz üçün gələcək xarici
siyasət kursunun istiqamətləndirilməsinin hüquqi bazasının
möhkəmləndirilməsində müstəsna əhəmiyyət kəsb edir.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair
müddəalar İKT-yə üzv ölkələrin dövlət və hökumət başçılarının
zirvə görüşlərində qəbul olunmuş müxtəlif sənədlərlə yanaşı,
həm də İKT Xarici İşlər Nazirləri Şurasının sessiyalarında qəbul
olunmuş müxtəlif sənədlərdə, o cümlədən yekun kommunike
və bəyanatlarda və çoxsaylı qətnamələrdə də öz əksini tapmış-
dır. Burada onların bir neçəsini göstərmək olar:
İKT Xarici İşlər Nazirləri Şurasının Türkiyənin İstanbul
şəhərində 17-18 iyun 1992-ci ildə keçirilmiş 5-ci fövqəladə
sessiyasının Yekun Kommunikesinin15-ci bəndi; 7-9 sent-
yabr 1994-ci ildə Pakistan İslam Respublikasının İslamabad
şəhərində keçirilmiş İKT Xarici İşlər Nazirləri Şurasının 7-ci
fövqəladə sessiyasının Yekun Kommunikesinin “Ermənistan
və Azərbaycan arasında münaqişə” bölməsinin 64, 65, 66, 67,
68, 69, 70-ci bəndləri və “Ermənistan və Azərbaycan arasında
münaqişə haqqında” 5/7-EX saylı Qətnamə; 25-29 aprel 1993-
cü ildə Pakistan İslam Respublikasının Kəraçi şəhərində keçi-
rilmiş İKT Xarici İşlər Nazirləri Şurasının 21-ci sessiyasının Ye-
kun Kommunikesinin 44 bəndi və “Ermənistan və Azərbaycan
arasında münaqişə haqqında” 12/21-P saylı Qətnamə; 10-12
Dekabr 1994-cü ildə Mərakeş Krallığının Kasablanka şəhərində
keçirilmiş İKT Xarici İşlər Nazirləri Şurasının 22-ci sessiyasının
Yekun Kommunikesinin: Azərbaycan-Ermənistan bölməsinin
70, 71, 72, 73-cü bəndləri və, bununla yanaşı, “Ermənistan və