Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri 51
www.elkhan-suleymanov.az status-kvonun qəbuledilməz olduğu, belə vəziyyətin gərginliyi
və döyüşlərin yenidən başlaması riskini artırması vurğulanaraq,
5-ci maddədə Cənubi Qafqaz dövlətlərinin suverenliyi və ərazi
bütövlüyünə xələl gətirə biləcək şərtlərin qəbuledilməz olduğu
bildirilmişdir. Beləliklə, Avropa Parlamenti öz Qətnaməsində
Cənubi Qafqaz dövlətlərinin, o cümlədən Azərbaycan Respub-
likasının beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində
dövlət suverenliyini və ərazi bütövlüyünü birmənalı şəkildə
dəstəkləmiş, onlara xələl gətirə biləcək hər hansı şərtlərin
qəbuledilməz olduğunu vurğulamışdır.
Eyni zamanda, Qətnamənin 6-11-ci maddələri məhz Dağ-
lıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə həsr edilmiş-
dir. Sənədin 6-7-ci maddələrində Azərbaycan və Ermənistan
prezidentlərinin danışıqlar prosesini davam etdirmələri,
tərəflər arasında Moskva bəyannaməsinin imzalanması, ATƏT-
in Minsk qrupunun vasitəçilik səyləri, həmsədr dövlətlərin
prezidentləri tərəfindən 2009-cu ilin iyul ayında G8 sammiti za-
manı bəyanatın yayılması alqışlanmışdır.
Avropa İttifaqı Qətnamənin 8-ci maddəsində Dağlıq Qara-
bağ müharibəsi nəticəsində öz evlərindən didərgin düşmüş
yüz minlərlə insanın hələ də məcburi köçkün kimi qalması-
nı, onların hüquqlarının, o cümlədən qayıtmaq hüquqları-
nın, mülkiyyət hüquqlarının və şəxsi təhlükəsizlik hüquqla-
rının rədd edilməsindən təəssüfləndiyini bildirmiş, tərəfləri
birmənalı və qeyd-şərtsiz şəkildə bu hüquqları tanımağa və
tezliklə realizə edilməsinə çağırmış, problemin həllinə nail ol-
maq məqsədilə Ermənistan qoşunlarının Azərbaycanın bü-
tün zəbt edilmiş ərazilərindən çıxarılmasını tələb etmişdir.
Qətnamənin 10-cu maddəsində bir daha Azərbaycanın Dağlıq
Qarabağ və ətraf rayonlar da daxil olmaqla bütün işğal edil-
miş ərazilərinin boşaldılmasının, Dağlıq Qarabağın statusunun
tam müəyyən edilənə qədər ona aralıq statusun verilməsinin,
regionda etnik azərbaycanlıların və etnik ermənilərin dinc ya-
şaması və əməkdaşlığı üçün keçid çərçivənin yaradılmasının
əhəmiyyəti göstərilmişdir.