www.vivo-book.com
115
18
Ertəsi gün Di Di səhər yeməyi üçün məni Sanset Strip
restoranına apardı. Onun Mersedesi qara rəngli idi və günün
Ģüaları altında par-par yanırdı. MaĢınımız reklam
lövhələrinin, gecə klublarının və dəbdəbəli restoranların
yanından keçirdi. Mən isə çəkdiyim siqaretin tüstüsündən
boğularaq öskürə-öskürə oturacaqda qısılıb oturmuĢdum.
Bundan da pis günlərimin olduğu haqqında düĢünürdüm.
Xəyalımda bir-iki səhnə canlandı. Bir dəfə Atalantada qıĢ
mövsümündə donurdum, pulsuz qalmıĢdım, yatmağa yerim
yox idi və içəri girib bir az qızınmaq ümidilə kilsənin
pillələri ilə onun qapısına yaxınlaĢmıĢdım. Amma kilsənin
qapısı bağlı idi. Bir baĢqa vaxt El Pasoda mən parkda
skamyada yatmıĢdım və səhər tezdən ayaqqabılarımın altına
öz dəyənəyi ilə vuran bir polis məni yuxudan oyatmıĢdı.
Mən hələ də Lidiya haqqında düĢünməkdən vaz keçə
bilmirdim. Bizim aramızdakı münasibətlərin yaxĢı tərəfi
mədəmin içində ora-bura gəzərək bütün içalatımı gəmirən
siçovula bənzəyirdi.
|