www.vivo-book.com
124
Birdən yadıma NitĢe düĢdü. Baxın bu da biz: alman ayğırı
və yəhudi madyanı. Ata yurdum mənimlə fəxr edərdi.
Biz qayıdıb Mersedesə oturduq və Di Di maĢını böyük
bloklardan birinin yanında saxladı. Burada qəbirlərin hamısı
divarın içində idi. Onlar cərgə-cərgə düzülmüĢdü.
Bəzilərinin önündəki balaca vazalarda güllər vardı, amma
onlar da solmuĢdu. Divardakı oyuqların əksəriyyətində isə,
ümumiyyətlə, gül yox idi. Onların bəzilərində ərlə arvadı
yatırdı, səliqəli cərgə ilə. Bəzi qoĢa qəbirlərdə oyuqlardan
biri boĢ idi və öz sakinini gözləyirdi. Oyuqlarından birisinin
boĢ olduğu qəbirlərin hamısında vəfat edənlər yalnız kiĢilər
idi.
Di Di mənim əlimdən tutub tinin arxasına apardı. Hə,
budur bu da o, ən aĢağıda, Rudolf Valentino. Vəfat edib:
1926. Çox da uzun ömür sürməyib. Mən 80 yaĢına qədər
yaĢamaq qərarını vermiĢdim. Bir təsəvvür edin – 80 yaĢınız
var və 18 yaĢlı bir qızı qayırırsınız. Əgər ölümlə oyunda onu
aldatmağın bir yolu varsa o da bu olmalıdır.
Di Di balaca gül vazalarından birini götürüb çantasına
qoydu. Standart oyundur. BoĢ duran hər Ģeyi götürə bilərsən.
|