www.vivo-book.com
129
– Amma anacan, orada yoxuĢ var. YoxuĢu qalxmaq
üçün pedal fırlatmalı olacam.
– Heç bir yoxuĢ zad yoxdur. Nə yoxuĢ?
– Bilirsənmi, onu gözlərinlə görmək olmur, amma
yoxuĢ var...
– Renni, o kolaları alacaqsan, məni anladınmı?
Renni yerindən qalxıb öz yataq otağına getdi və qapını
da zərblə çırpdı. Di Di kənara baxırdı.
– O məni diĢinə vurur. O bilmək istəyir ki, onu
sevirəm, ya yox.
– Kolaları mən alaram, – mən dedim.
– Yox, lazım deyil, – Di Di dedi, – özüm alaram.
Nəticə etibarı ilə onu heç birimiz də almadıq...
Bir neçə gün sonra Di Di ilə mən ətrafa baxmaq və
poçtu götürmək üçün mənim evimə getmiĢdik və həmin vaxt
telefonum zəng çaldı. Zəng edən Lidiya idi.
– Salam, – o dedi, – mən Yutadayam.
– ĠsmarıĢını almıĢam, – mən dedim.
– Necəsən? – o soruĢdu.
– Hər Ģey qaydasındadır.
|