www.vivo-book.com
490
mən yenə də bu iĢi normal çarpayıda icra etməyə üstünlük
verirdim.
Onun evində daha 2-4 gün qalandan sonra, Los-
Ancelesə qayıtdım.
Biz bir-birimizlə məktublaĢmağa davam edirdik.
Bir ay sonra o yenə Los-Ancelesə gəldi. Bu dəfə
mənim qapıma gələndə, onun əynində enli Ģalvar vardı. O
nəsə baĢqa cür görünürdü, bunun nə olduğunu heç özüm
üçün də izah edə bilmirdim, amma o fərqli görünürdü.
Onunla bir otaqda oturmaqdan o qədər də ləzzət
almadığımdan onu at yarıĢlarına, kinoya, boxs yarıĢlarına
apardım və ümumiyyətlə, zövq aldığım qadınlarla elədiyim
hər Ģeyi etdim. Amma yenə də elə bil nəsə çatıĢmırdı. Biz
yenə də sekslə məĢğul olurduq, amma bu iĢ daha əvvəlki
kimi məni həyəcanlandırmırdı. Özümü onunla evli kimi hiss
edirdim.
BeĢ gün sonra Liza divanda oturmuĢdu, mən isə qəzet
oxuyurdum və o birdən dedi:
– Henk, heç nə alınmır, düz demirəmmi?
– Hə.
|