www.vivo-book.com
71
kiminlə gəldi paylaĢdığına görə, Bobbi ağlını itirmiĢ
olmalıydı.
Biz nahar eləmək qərarına gəldik. Hər ikimiz də steyk
sifariĢ elədik və yeməyin gətirilməsini gözlədiyimiz
müddətdə gah içdik, gah da öpüĢdük. Bufetçi qadın dedi:
– Ah, siz aĢiqlərsiniz! – və biz hər ikimiz də gülüĢdük.
Steyklərimiz gələndən sonra Valeri dedi:
– Mən özümünkünü yemək istəmirəm.
– Mən də özümünkünü yemək istəmirəm, – deyə cavab
verdim.
Təxminən bir saat da orada oturub içəndən sonra evə
qayıtmağa qərar verdik. MaĢını həyətin önündəki çəmənliyə
döndərəndə, giriĢ yolunda bir qadının durduğunu gördüm.
Bu, Lidiya idi. O, əlində bir zərf tutmuĢdu. Valeri ilə mən
maĢından düĢdük və Lidiya bizə tərəf baxdı.
– Bu kimdir? – Valeri soruĢdu.
– Sevdiyim qadın, – deyə cavab verdim.
– Bu fahiĢə kimdir? – Lidiya var gücü ilə bağırdı.
|