www.vivo-book.com
86
çıxardım. ĠĢıqları söndürdüm və Koulman lampası ilə
oynamağa baĢladım. Koulman lampası ilə bir çox oyunlar
çıxarmaq mümkündür. Məsələn, onu yandırıb söndürmək
olar, ya da fitilin istiliyindən onun necə alıĢdığına tamaĢa
etmək olar. Həmçinin lampanı pompalayaraq içindəki
təzyiqi artırmaqdan çox xoĢum gəlirdi. Bundan əlavə,
sadəcə, ona tamaĢa etmək özü də adama ləzzət verirdi. Mən
içirdim və lampaya tamaĢa edirdim, musiqiyə qulaq asır,
siqar çəkirdim.
Birdən telefon zəng çaldı. Bu Lidiya idi.
– Ġndi sən neyləyirsən?
– Elə-belə oturmuĢam.
– Sən indi elə-belə oturub içki içirsən, simfoniya
musiqisinə qulaq asırsan və o lənətə gəlmiĢ Koulman
lampası ilə oynayırsan!
– Hə, düz tapdın.
– Geri qayıdacaqsanmı?
– Yox.