oğlunu düşünmüşdü...
325
Onda bir neçə il idi ki, Əhməd bəy Ağayev “Kaspi”
qəzetinin dəvətilə Bakıya getmişdi, məktəbdə dərs verməklə
bərabər, qəzetdə Şərqə dair sanballı, maraqlı oxunan
məqalələr çap etdirirdi, sonra Əli bəy Hüseynzadəylə birgə
“Həyat”, həmin ilin axırındasa “İrşad” qəzetinin nəşrinə nail
olmuşdu...
Onda Qori Müəllimlər Seminariyasını bitirib Hadrut da
dərs deyən Üzeyir bəy ermənilərin təhdidləri üzündən
çıxıb Bakıya getməli olmuşdu: kəndin ağsaqqalları onu
çətinliklə aradan çıxarıb Yevlaxa çatdıra bilmişdilər; o da
“İrşad” qəzetində felyetonçu və tərcüməçi kimi çalışmağa
başlamışdı...
Onda Məmməd bəyin oğlu Zülfüqar da Gəncə Sənət
məktəbində dərs deyirdi, amma Mir Əbülhəsən kimi cavanca
yaşında sağalmaz xəstəliyə düçar olmuş, həkim, dava-dərman
kömək eləməmişdi. Zülfüqar bəy Mirzəhəsən qəbiristanlığında
dəfn olunanda Mir Yusif hələ yataqdaydı, ona son borcunu
verməyə imkan tapmamışdı...
Onda Şuşada qırğın təzədən başlamışdı, Mir Yusif yenə
Kərim bəyə kömək göstərirdi. Hökumətsə qarışıqlığın əsl gü-
nahkarlarının cəzalandırılmasını tələb elədiyinə görə, Haşım
bəyin tutulub sürgün edilməsi barədə qərar vermişdi. Xəstə
olduğundan qubernatorun razılığıyla sürgünə göndərilməsi
təxirə salınsa da, sağalan kimi Stavropola yola salınmışdı.
Amma sürgün həyatı uzun çəkməmiş, 1906-cı ilin ortalarında
azad olunub Şuşaya qayıtmış, sonra Bakıya getmişdi, “İrşad”
qəzetində işləyirdi...
Onda Bakıya, yeganə ümid yeri olan həmyerlisi, dostu Hü-
seyn Mirzəcamalova məktub yazıb düşdüyü vəziyyəti, oxu-
maq istədiyini bildirmişdi...
...Sonralar tez-tez fikirləşirdi: o vaxt Bakıdakı qarabağlılar
Şuşa realnı məktəbinin bağlanmasından, on doqquz şagirdin
naəlac qalmasından narahat olmasaydlılar, əl-ayağa düşüb
Hacı Zeynalabdin Tağıyevə üz tutmasaydılar, taleyi necə
326
olardı, görəsən? Yəqin, anasını, bacı-qardaşını da götürüb
Aşqabada, qohumlarının yanına gedər, alverə qurşanar, ta-
mam başqa ömür yaşayardı. Amma Hacı canişin Vorontsov-
Daşkova məktub göndərib onların Bakı realnı məktəbinə
köçürülməsi üçün icazə aldı.
O günlərinin birində Bakıdan, Hüseyn Mirzəcamalovdan
teleqram aldı: “Kərim bəy Mehmandarovdan iyirmi manat al və
Dostları ilə paylaş: