nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün
sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda
duran vəzifələrə həsr olunan iclası keçirilib
Aprelin 10-da Azərbaycan Prezidenti İlham
Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin
birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına
və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.
Prezident İlham Əliyev 2015-ci ilin birinci rübünün
yekunlarının müsbət olduğunu, bu dövrdə ümumi
daxili məhsulun 5 faizdən çox artdığını deyib. Dövlət
başçısı Azərbaycanda dinamik inkişafın təmin edildi-
yini, son 3 ayda qeyri-neft sektorunun 7 faiz, sənaye
istehsalının 4 faiz, kənd təsərrüfatının isə 3 faizdən çox
artdığını bildirib. Bütün bunların son illərdə ölkədə
aparılan düşünülmüş iqtisadi siyasət nəticəsində
mümkün olduğunu deyən Prezident bildirib ki, dün-
yada neftin qiymətinin kəskin düşməsi Azərbaycanın
ümumi dinamik inkişafına təsir etməyib.
Dövlət başçısı ölkədə inflyasiyanın aşağı səviyyədə
qaldığını, istehlak bazarına tam nəzarət edildiyini,
əhalinin pul gəlirlərinin 5,3 faiz olduğunu da diqqətə
çatdırıb.
Birinci rübdə də regionlarda müsbət meillərin da-
vam etdiyini, 30 minə yaxın yeni iş yerinin yaradıldı-
ğını deyən Prezident İlham Əliyev bildirib ki, ölkədə
sosial məsələlərin həlli yenə də diqqət mərkəzindədir.
Hazırda 20-dən çox tibb müəssisəsinin tikildiyini və ya
təmir olunduğunu, əhalinin müayinədən keçirilməsi
prosesinin davam etdirildiyini deyən dövlət başçısı
bu il dövlət investisiya proqramının geniş olduğu-
nu, zəruri layihələrin icrasının nəzərdə tutulduğu-
nu vurğulayıb, ölkədə həyata keçirilən islahatların
21
aparıcı beynəlxalq maliyyə qurumları tərəfindən yüksək
qiymətləndirildiyini bildirib.
Ölkənin beynəlxalq nüfuzunun artdığını, Azərbaycanın
dünya birliyinin dəyərli və etibarlı üzvünə çevrildiyini deyən
Prezident İlham Əliyev yürüdülən xarici siyasətin çox çevik və
fəal olduğunu diqqətə çatdırdı. Məhz bunun sayəsində son
illərdə bölgədə yaşanan böhranlardan ölkənin itkisiz çıxdı-
ğını deyən dövlət başçısı qeyd edib ki, bu gün Azərbaycan
dünya miqyasında böyük hörmətə malik ölkə kimi tanınır.
Dövlət başçısı çıxışında birinci rübdə baş verən iki
önəmli hadisəyə - Bakıda “Cənub” Qaz Dəhlizi Məşvərət
Şurasının iclasının keçirilməsinə və mart ayında Qarsda
TANAP layihəsinin təməlinin qoyulmasına da toxunub.
Yekun nitqində Prezident İlham Əliyev qeyri-neft sek-
torunun və sahibkarlığın inkişafı ilə bağlı tədbirlərin da-
vam etdirilməsinin zəruriliyini vurğulayıb. Hər bir rayonda
sənaye zonalarının yaradılmasının vacibliyini diqqətə çat-
dıran dövlətimizin başçısı kənd təsərrüfatı sektorunun da
inkişafının xüsusi əhəmiyyət kəsb etdiyini, ölkəmizin xari-
ci ərzaq bazarlarından o qədər də asılı olmadığını bildi-
rib, amma bununla belə, ərzaq təhlükəsizliyinin tam təmin
olunması, torpaqların elektron uçotunun tərtib edilməsi ilə
bağlı tapşırıqlarını verib.
Dövlət başçısı çıxışında manatın məzənnəsi ilə bağlı
məsələyə də toxunub, bu sahədə görülən tədbirlərin iqti-
sadi baxımdan səmərəli olduğunu deyib.
Nitqinin sonunda Prezident İlham Əliyev ilk Avropa
Oyunlarına hazırlığın yüksək səviyyədə getdiyini, artıq bir
sıra idman obyektlərinin istifadəyə hazır olduğunu, Atletlər
kəndi ilə yanaşı, Media kəndinin də yaradıldığını bildirib.
Paralel olaraq paytaxtda abadlıq-quruculuq işlərinin davam
etdirildiyini, yeni bulvar xəttinin salındığını diqqətə çatdırıb.
Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, ilin
sonunadək nəzərdə tutulan bütün məsələlər öz həllini ta-
pacaq.
Dostları ilə paylaş: |