atİB sədri beynəlxalq çiçəkçilik və şəhərsalma
sərgisinin açılış mərasimində çıxış edib
12 mart 2015-ci ildə Bakıda Beynəlxalq çiçəkçilik, peyzaj
və şəhərsalma sərgisi işə başlayıb. Türkiyənin “Atılım Fuarcı-
lık” və “ElanExpo” şirkətlərinin əməkdaşlığı ilə keçirilən sərgidə
“AfuExpo”, “Azəryolservis”, Bakı Yaşıllaşdırma, Bakı Abadlıq,
Nəbatat Bağı, Azərbaycan Biznesmenlər Assosiasiyası, Ədliyyə
Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi, Türkiyə səfirliyinin
nümayəndələri, icra hakimiyyəti orqanları, mütəxəssislər,
dövlət idarə və təşkilatları iştirak edir.
Rəsmi açılış mərasimində Azərbaycan Türkiyə İş Adamları
Birliyi İdarə Heyətinin sədri Cemal Yangın çıxış edərək sərginin
işinə uğurlar arzulayıb. Rəsmi açılış mərasimindən sonra sərgi
artıq ziyarətçilərə açıq elan edilib.
Qeyd edək ki, tədbirdə 12 ölkədən 150 şirkət iştirak edir.
Tədbirdə Avropadan və dünyanın dörd tərəfindən sektorun
|