32
EcoVision
ATİB XƏBƏRLƏRİ
Türkiyə Cümhuriyyətinin və Azərbaycan Respub-
likasının himnləri səsləndikdən sonra tədbir iştirak-
çıları türk şəhidlərinin məzarlarını ziyarət edib, abidə
kompleksinə çələng qoydular. Daha sonra mərasim iş-
tirakçıları Şəhidlər xiyabanında azərbaycanlı şəhidlərin
məzarını ziyarət edib, Əbədi Məşəl Kompleksi önünə
əklil qoydu.
atİB İdarə Heyəti türkiyə–rusiya və
rusiya–türkiyə iş şuralarının ortaq
yığıncağında iştirak edib
30 mart 2015-ci ildə ATİB İdarə Heyətinin sədri
Cemal Yangın, İdarə Heyəti sədrinin müavini Mürsəl
Rüstəmov və İdarə Heyətinin üzvü Rafiq Qarayev Mos-
kvada keçirilən Türkiyə–Rusiya və Rusiya–Türkiyə iş şura-
larının ortaq toplantısında iştirak edib.
Rusiya Ticarət və Sənaye Odasında təşkil edilən yı-
ğıncağa Türkiyə İqtisadiyyat nazirinin müavini Adnan Yıl-
dırım və Rusiya iqtisadi inkişaf nazirinin birinci müavini
Aleksey Lixaçevin yanında şura üzvləri və iş ətrafından
nümayəndələr qatıldı.
Yığıncaqda Türkiyə ilə Rusiya arasındakı gömrük,
kənd təsərrüfatı və qida məhsulları, qarşılıqlı investisi-
yalar, nəqliyyat kvotaları, maliyyə və bank sahələrində
qarşıya çıxan mövzular müzakirə edildi.
Yığıncaqda enerji, kənd təsərrüfatı və turizm
sahələrində qarşılıqlı təqdimatlar reallaşdırıldı.
Moskvada iş şuralarının ortaq toplantısının ardından
Türkiyənin Xarici İqtisadi Əlaqələr Təşkilatının (DEİK)
nəzdində olan Dünya Türk İş Şurası (DTİK) Avrasiya bölgə
komitəsinin iclası keçirildi.
Yığıncağa İqtisadiyyat nazirinin müavini İldırım, DEİK
İcra Komitəsinin sədri Nail Opak, DTİK üzvləri və Rusiya-
dakı türk iş ətrafının nümayəndələri qatıldı.
DTİK-lə əlaqədar təqdimat filminin nümayişi ilə baş-
layan yığıncaqda ticarətdəki problemlər və son inkişaf-
lardan söz açıldı.
Dostları ilə paylaş: |